Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək. İstehsalatın texniki hazırlığını təmin etmək.
Avadanlıqların təmirinə, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək. Təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi təşkil etmək. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən etmək və onların təmirini növbələşdirmək;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək, onların tətbiqinə kömək etmək.
Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu, təlimatların tərtib edilmə qaydasını, avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını təmin etmək;
İstehsalat sanitariyası və yanğından mühafizənin, daxili əmək nizam-intizam qaydalarına və normalarına riayət edilməsinə nəzarət etmək.
Tələblər
Ali texniki təhsil (avtonəqliyyat üzrə);
Rəhbər və mühəndis-texniki vəzifələrdə inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
Avtomobillərə və texnikalara texniki xidmətin göstərilməsi və təmirin aparılması texnologiyasını və təşkilini bilməlidir;
MS office proqramlarını əla səviyyədə bilməli;
Azərbaycan və rus dillərini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;