Prime Cotton

Biznes Analitik

  • Prime Cotton
  • 125, Heydar Aliyev Ave, Baku 1029, Azərbaycan
  • Tam ştat

09-12-2024

2.3K

Təsvir

  • Şirkətin biznes proseslərini təhlil etmək, biznes proseslərdə təkmilləşdirmə imkanları, avtomatlaşdırma və rəqəmsallaşma ehtiyaclarını müəyyən etmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak etmək və belə layihələri idarə etmək;
  • Şirkətin biznes ehtiyacları ilə əlaqədar İT həllərinin araşdırılması, alternativlərin müqayisəsi və seçimi prosesində texniki komanda ilə əməkdaşlıq etmək və dəstək göstərmək;
  • İT həllərinin inkişaf etdirilməsi və tətbiq olunması ilə bağlı biznes və texniki tələbləri (funksional və qeyri-funksional tələblər) müəyyən etmək;
  • Müəyyən edilmiş tələblər əsasında İT həllərinin inkişaf etdirilməsi ilə bağlı texniki tapşırıqların hazırlanması, texniki tapşırıqların müvafiq qaydada razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
  • Müəyyən edilmiş tələblər əsasında İT həllərinin dizayn edilməsi istiqamətində texniki komanda ilə əməkdaşlıq etmək və prosesin icrasına dəstək göstərmək;
  • Müəyyən edilmiş tələblər əsasında daxili texniki komanda və ya kənar təchizatçı tərəfindən İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə bağlı işlərin icrasına dəstək göstərmək;
  • Müəyyən edilmiş tələblər əsasında daxili texniki komanda üçün tapşırıqların müəyyən edilməsi və tapşırıqların icrasının planlaşdırılmasını təmin etmək;
  • Daxili texniki komanda tərəfindən verilmiş tapşırıqların icra statusuna nəzarət etmək və tapşırıqların icrası üzrə hesabatlığı təmin etmək;
  • İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə bağlı biznes və texniki komandanı əlaqələndirmək;
  • İT həllərinin inkişaf etdirilməsi və tətbiqi ilə işlərin bağlı işlərin izlənilməsi, işlərinin icrası zamanı ortaya çıxan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək;
  • Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin test olunması üçün test ssenarilərinin formalaşdırılmasını təmin etmək;
  • Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin istifadəçi testlərini təşkil etmək, testlər nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılmasını təmin etmək;
  • Müəyyən edilmiş tələblər əsasında hazırlanmış İT həllərinin tətbiq olunmasını təmin etmək və keçid prosesində dəstək göstərmək;
  • İT həllərinin istifadəsi ilə bağlı təlimatların hazırlanması və təlimlərin keçirilməsini təmin etmək;
  • Şirkətin rəqəmsallaşma strategiyasının icrasına vəzifə öhdəlikləri çərçivəsində dəstək göstərmək, İT sistemlərinin şirkətin biznes prosesləri ilə uyğunluğunu təmin etmək;
  • Mövcud İT sistemlərinin performansı və effektivliyini qiymətləndirmək, təkmilləşdirmə imkanlarını müəyyən etmək və bu istiqamətdə tövsiyələr vermək;
  • Bazar tendensiyaları və texnoloji yeniliklər barədə məlumatlı olmaq və şirkətin rəqabət üstünlüyünü artırmaq üçün yeni həllər təklif etmək.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, İnformasiya Texnologiyaları);
  • Biznes analitika və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;
  • Bitrix24, Jira, Clickup və ya digər tapşırıq və layihələrin idarə olunması alətləri.
  • SQL, Excel və digər analitik alətlərdə işləmə bacarığı;
  • MS Visio biliyi;
  • Problem həll etmə və analitik düşüncə bacarığı;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Scrum və ya Agile metodologiyaları üzrə təcrübə üstünlükdür;
  • İngilis, Azərbaycan (Rus dili – Arzu olunandır);
  • Sahə üzrə sertifikat üstünlükdür.

Vakansiya haqqında

Son tarix

yanvar 8, 2025

Paylaşılıb

dekabr 9, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik