MKT İK MMC
Ana səhifə
/
/
/
Çilingər operatoru PL-TR (mövsümü)

Çilingər operatoru PL-TR (mövsümü)

02-07-2024

142

Remote

Təsvir

1.      Mexanizmlərinin lentli, vintli və digər konveyerlərin (vintli və çalovlu elevatorlardan başqa) konveyer mexanizminin nasazlığının yoxlanılması;

2.      Onların işə salınması və dayandırılması;

3.      Mexanizmlərin sazlığına nəzarət edilməsi, sürətin tənzimlənməsi, zəncirlərin dartılması, kəmər və lentlərin təzədən tikilməsi;

4.      Detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi;

5.      Mexanizmlərin işində xırda defektlərin aradan qaldırılması;

6.      Xidmət olunan avadanlığın təmizlənməsi və yağlanması;

7.      Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;

8.      Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi;

9.      Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi;

10.   Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mexanizmlərin hazırlanması;

11.   Müəyyən olunmuş qrafiklə PL transportyorlara baxış keçirilməli,baxış zamanı defektlər və çatışmazlıqları aradan qaldırılmalı,aqreqatın üstündə olan çirk (pambıq,toz,palçıq və s.) silinib təmizlənməli;

12.   Diyircəkli yastıqların vəziyyətinə baxış keçirilməli; qayışların dartınmasına və vəziyyətinə müşahidə etməli,nasaz qayışları dəyişməli;

13.   PL-də trosların möhkəmliyinə nəzarət etməli və sazlığından əmin olmalı;

14.   Boltların,şponkaların,klinlərin vəziyyətini yoxlamalı; birləşmələrin və salniklərin vəziyyətinə baxış keçirməli;

15.   Yüngül təmir işlərini görməli, kiçik defektləri aradan qaldırmalı;

16.   Tez sıradan çıxan kiçik detalları dəyişməli; qabaq və arxa barabanla lenta arasında qalan pambıqları xüsusi məftil ilə təmizləməli;

17.   Boltla birləşən bütün birləşmələri bərkitməli; lüft və zazorları tənzimləməli; fırlanan yastıqları,yivləri yağlamalı; düşmüş şana dişləri,zədələmnmiş lentaları bərpa etmək,reduktorların yağını nəzarətdə saxlamaq.

Tələblər

1.      Lazımı sənədlərin düzgün və vaxtında hazırlanmasından məsuldur;

2.      Təmir başa çatdıqdan sonra iş yerinin və sahənin təmiz saxlanılması;

3.      Daxili intizam,yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

4.      Müəssisənin fəaliyyətinə,işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası,yanğına qarşı və başqa qaydaların pozulmasının aradan qaldırılması üzrə,rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla,operativ tədbirlər həyata keçirilməsinə məsuldur.

Vakansiya haqqında

Son tarix

avqust 1, 2024

Paylaşılıb

iyul 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri