Prime Cotton
Ana səhifə
/
/
/
Elektrik (Ağcabədi filialı)

Elektrik (Ağcabədi filialı)

  • Prime Cotton
  • Ağcabədi şəhər Ü.Hacıbəyli p-ti 257
  • Tam ştat

26-11-2024

289

Təsvir

  • Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
  • Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələri aşkar etmək və aradan qaldırmaq;
  • Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərini sökmək, sazlamaq və xidməti üzrə işləri yerinə yetirmək; 
  • Zavod və ya məntəqənin enerji təchizatını fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edir;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat verir;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır.
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;
  • Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat verir;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;
  • Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;
  • Rəhbərliyin təyin etdiyi digər işləri icra edir;

Tələblər

  • Təhsil : Orta ixtisas, Peşə təhsili
  • Təcrübə : Elektrik olaraq minimum 1-3 il iş təcrübəsi.
  • Elektrotexnikanın əsaslarını bilmək;
  • Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək;
  • Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək;
  • Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını bilmək;
  • Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını bilmək;
  • Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
  • Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları bilmək;
  • Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini bilmək;
  • Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilmək.

Vakansiya haqqında

Son tarix

dekabr 25, 2024

Paylaşılıb

noyabr 26, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı