Vəzifə öhdəlikləri:
Mövcud proqram təminatında prosesleri və metodologiyaları anlamaq;
Proqram təminatında yaranan xətaları toplamaq və proqramçıya məlumat vermək;
Proqram təminatının yeni modulları hazırlamaq sonra test etmək;
Proqram təminatı ilə əlaqəli sorğuları cavablamaq;
Proqram təminatının, inkişafının və prosseslərinin optimallaşdırılmasını təmin etmək;
Proqram təminatının yeni modulları hazırlandıqdan sonra test etmək.
Səriştələr:
Məsuliyyətli;
Pozitiv;
Özünütəşkiletmə qabiliyyəti;
Nailiyyət yönümlülük;
Etibarlılıq;
Dürüstlük.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Tələblər:
İnformasiya texnologiyaları sahəsində ali təhsil (bu sahədə sertifikatı olanlara üstünlük veriləcək);
Proqramlaşdırmadan ilkin anlayışlar;
Web proqramlaşdırma (ASP. NET, HTML, CSS və. s) haqqında ilkin anlayışlar;
MS SQL (T-SQL) haqqında ilkin anlayışlar;
Servislərin iş prinsipi ilə tanışlıq;
Alqoritm bilikləri;
İngilis dilini texniki səviyyədə bilmək, rus dilini bilmək üstünlükdür.
Son tarix
iyun 29, 2024
Paylaşılıb
may 24, 2024
Vakansiya növü
Tam ştat