Gözətçi müdiriyyətin nümayəndəsi və ya əvəz olunan gözətçi ilə birlikdə mühafizə olunan obyektin bütövlüyünü (kilidlər və digər bağlama qurğuları; plombların varlığı, yanğın əleyhinə inventarlar; siqnalizasiyanın, telefonların, işıqlanmanın sazlığı) yoxlayır;
Filialı mühafizəyə qəbul etməyə imkan verməyən nasazlıqlar (sındırılmış qapı, pəncərə və ya kilidlər, plomb və ya möhürlərin olmaması) aşkar olunan zaman tabe olduğu şəxsə, müdiriyyətin nümayəndəsinə və polis bölməsi üzrə növbətçiyə, məlumat verir və polisin nümayəndələri gələnədək cinayət izlərinin qorunmasını həyata keçirir;
Filialda yanğın baş verməsi zamanı həyəcan qaldırır, yanğın komandasına və polis bölməsi üzrə növbətçiyə xəbər verir, yanğının aradan qaldırılması üzrə tədbirlər görür;
Filialın daxilində bütün neqativ halların qarşısını almaq (münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s.);
Nəzarət buraxılış məntəqəsindən keçən şəxslərin yoxlanılması;
Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatının həyata keçirilməsi;
Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişinin məhdudlaşdırılması;
Obyektə (təhlükəsizlik dərəcəsindən asılı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarının yoxlanılması;
Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində gözətlənməsi;
Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatının aparılması;
Hadisələrə qarşı diqqətli davranmaq;
Geyim qaydasına riayət etmək;
Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.
Tələblər
Öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
Öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək;
Giriş-çıxışda içəri daxil olan, çıxan adamların çanta və nəqliyyatların yoxlanması və qeydiyyatı.