Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək;
Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq;
Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq;
İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək
İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq;
Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq;
Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək.
Tələblər
Təhsil : Ali;
Dil Bilikləri : Azərbaycan dili;
Kompyuter bilikləri : MS Windows, MS Office, Excell, Internet və s.
Texniki Bilikləri :
Əmək qanunvericiliyinin əsaslarını;
Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları;
Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi;
Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini;
Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını;
Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını;
Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir.