Şirkətin İnteqrasiya edilmiş Menecment Sisteminin (İMS) tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək;
İMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək;
İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;
Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək;
Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək;
Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək;
Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək;
İMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək və ya bilavasitə daxili auditlər aparmaq;
İMS-in effektivliyini qiymətləndirmək məqsədilə Rəhbərlik Təhlilini (Management Review) təşkil etmək və təhlil prosesində iştirak etmək;
Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;
Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək;
Keyfiyyət və proses performansını qiymətləndirmək üçün effektiv monitorinq və ölçmə proseslərinin hazırlanması, tətbiqi və toplanmış məlumatların təhlilini təmin etmək;
Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək;
Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək;
Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək;
Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək;
Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Azərbaycan, İngilis dili - səlis ; Rus dili – arzu olunandır.
Texniki tələblər :
“ISO 9000:2015 Quality management systems — Fundamentals and vocabulary” standartı üzrə biliklər;
“ISO 9001:2015 Quality management systems — Requirements” standartı üzrə biliklər;
“ISO 19011:2018 Guidelines for auditing management systems” standartı üzrə biliklər;
ISO 14001:2015, ISO 45001:2018 və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).
Səriştə və bacarıqlar:
Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
Risk əsaslı düşünmə və risklərin idarə edilməsi;
Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
Planlama və təşkilatçılıq qabiliyyəti;
Dəqiqlik və detallara diqqət göstərmək bacarığı;
Yüksək səviyyədə aktiv dinləmə bacarığı;
Komanda daxilində işləmək bacarığı;
Zamanın idarə edilməsi və tapşırıqların prioritetləndirilməsi;