Prime Cotton

Layihə Meneceri

  • Prime Cotton
  • 125, Heydar Aliyev Ave, Baku 1029, Azerbaijan
  • Tam ştat

08-11-2024

6.4K

Təsvir


  • Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarını yaratmaq;
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq;
  • Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək;
  • Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək;
  • Departament rəhbərin göstərişi ilə layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərini idarə etmək;
  • Tapşırıqların qeyd edilməsi və idarəsi üçün onlayn sistemlərlə işləmək;
  • Layihələrin idarə edilməsi, kadrların idarə edilməsi, risklərin idarə edilməsi və s. ilə əlaqədar PMI metodologiyalarını başa düşmək və düzgün şəkildə tətbiq etmək;
  • Görülən işlərin uçotunu aparmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


Tələblər

1.   Tələb edilən bilik səviyyəsi

Təhsil: Ali;

Sertifikatlar: PMI , PMP;

Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı;

Texniki biliklər:

  • Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə, Informatika, sənaye mühəndisliyi);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramları;
  • MS Project vəya Primavera kimi layihə idarəsi proqramları.

Səriştə və bacarıqlar:

  • Aqrar sahədə təcrübənin olması üstünlükdür;
  • Rəqəmsal layihələrin idarə olunmasında təcrübə üstünlükdür;
  • PMI – PMP olması aruzolunandır;
  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Analitik zəka,insanlarla işləmək qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

dekabr 7, 2024

Paylaşılıb

noyabr 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə