Əmtəə-maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxılması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material, inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik edilməsi;
Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi;
Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi;
Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığının və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi;
Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi;
MS Office proqramlarından istifadə etmək bacarığı;
1C proqramından istifadə etmək bacarığı;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;