Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
Emalın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin etmək;
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edirTəmir dövründə bütün avadanlıqların işlək olmasını yoxlamaq;
Texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etmək;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
Texniki sənədləşmənin vaxtında həyata keçirilməsini təmin etmək;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
Tabeliyində olan işçilərin seçimində iştirak etmək;
İstehsalat proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirmək;
Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək.
Tələblər
Təhsil : Ali
Təcrübə : 3 il
Kompyuter bilikləri
MS Office və digər xüsusi proqram bilikləri
Texniki Bilikləri
Liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları;
Təşkilatda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;
Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarıqları;
Texnoloji avadanlıqların iş prinsiplərini bilməlidir;
Yeni avadanlıqların iş prinsiplərini öyrənməyə açıq olmalıdır.