İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq;
Kənd təsərrüfatı texnikalasının istismarı və təmir prosesində yoxlama zamanı qüsurları aşkar etmək və aradan qaldırmaq;
Kənd təsərrüfatı texnikasına təyin olunmuş intervalda mütəmadi baxış keçirmək;
Kənd təsərrüfatı texnikasının və digər aqreqatların təmiri, baxımı və təhlükəsiz şəkildə istismarını təmin etmək;
Gündəlik olaraq istismar olunan bütün nəqliyyat vasitələrinin yoxlanılması və lazımi təmir işlərinin icra etmək;
Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;
İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
Mexaniki komponentlər və ya hissələri yaxşı vəziyyətdə saxlamaq və/və ya təmir etmək:
Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək.
Tələblər
Nəqliyyat vasitələrinin detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri bilməli;
Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
Məsuliyyətli, işgüzar, dürüst və çevik olmalı;
Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq, gərgin iş rejimində işləmək bacarıqlarına malik olmaq;
İstehsalat avadanlıqları ilə iş təcrübəsi olmalı;
Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilməli.