Prime Cotton
Ana səhifə
/
/
/
Nəqliyyat koordinatoru

Nəqliyyat koordinatoru

  • Prime Cotton
  • Qafqaz Biznes Mərkəzi, H.Əliyev pr., 95;
  • Tam ştat

Bu gün

255

Bağlanılıb

Təsvir


  • Nəqliyyat vasitələrinin hərəkətini planlaşdırmaq və izləmək. Marşrutları, sürücülərin iş qrafiklərini təşkil etmək və nəqliyyat vasitələrinin vaxtında yola çıxmasını təmin emək.
  • Sürücülərlə daimi əlaqə saxlamaq və onlara təlimatlar vermək. Sürücülərin yerinə yetirdikləri işləri izləmək, qarşılaşdıqları problemləri həll etmək və lazım gəldikdə dəstək göstərmək.
  • Daşınan yüklərin və malların yerini və marşrutunu izləmək. Həmin yüklərin vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatmasını təmin etmək və müvafiq sənədləşməni yerinə yetirmək.
  • Nəqliyyat vasitələrinin hərəkəti üçün ən uyğun marşrutları təyin etmək. Trafik vəziyyətini, hava şəraitini, yol şərtlərini nəzərə alıb marşrutlarda dəyişikliklər edilərək ən səmərəli və təhlükəsiz yolları seçmək.
  • Fövqəladə hallar (qəza, texniki nasazlıq) zamanı dərhal müdaxilə etmək, lazım olan tədbirləri görmək və hadisənin müvafiq qurumlara bildirilməsini təmin etmək.
  • Bütün nəqliyyat əməliyyatları haqqında məlumatları müvafiq şəxslərə (müştərilər, nəqliyyat şirkəti rəhbərliyi və s.) ötürmək. Nəqliyyat vasitələrinin hərəkətinin izləmək və məlumatları yeniləmək.
  • Nəqliyyat vasitələrinin texniki vəziyyətini izləmək, vasitələrin xidmətə yararlı olmasını təmin etmək və lazım gəldikdə mexaniklə əlaqə saxlamaq.
  • Nəqliyyat əməliyyatları ilə bağlı müvafiq sənədləri (marşrut cədvəlləri, yüklərin siyahısı, sürücü qeydləri və s.) hazırlamaq, saxlamaq və müntəzəm hesabatları təqdim etmək.
  • Sürücülərin və yükdaşımaların təhlükəsizliyini təmin etmək üçün qaydalara riayət olunmasını izləmək. Nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun şəkildə işlədiyinə nəzarət etmək.

 

Tələblər


  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilməli;
  • Çalışqan, təşəbbüskar, məsuliyyətli və enerjili;
  • Bakı şəhərini mükəmməl tanımalı;
  • Yol-nəqliyyat işinin təşkilini bilməli.

Vakansiya haqqında

Son tarix

yanvar 6, 2025

Paylaşılıb

noyabr 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat