Cəmiyyətin balansında nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin təmir edilərək işlək vəziyyətə gətirilməsinə nəzarət etmək;
Gündəlik olaraq sürücülərin hərəkət cədvəlinə uyğun nəzarəti həyata keçirmək;
Sürücülərin avtomobillərin “Təhvil-təslim” prosedurlarına riayət etməsinə nəzarət etmək;
Azərbaycan Respublikası Yol hərəkəti qanunlarını bilməli, daxili prosedur qaydalarına yiyələnməli və onlara riayət etmək;
Filiallardan daxil olan sorğulara əsasən, nəqliyyat vasitələrinin fasiləsiz, problemsiz, yüksək səmərəli işini, düzgün texniki istismarının həyata keçirməsinə təmin etmək;
Nəqliyyat vasitələrinin GPS vasitəsilə izlənməsi, aşkar edilən uyğunsuzluqlar barədə dispetçerə sorğu göndərmək
İcazə verilməyən yüklərin daşınmasının qarşısını almaq və Rəhbərliyin göstərişi ilə qabarit ölçüləri böyük yüklərin daşınması zamanı təhlükəsizliyi təmin etmək üçün lazımi addımların atılmasını təmin etmək.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Müəssisənin regionlarda yerləşən filialları.