MKT İK MMC
Ana səhifə
/
/
/
Standartlaşdırma və metrologiya üzrə mütəxəssis

Standartlaşdırma və metrologiya üzrə mütəxəssis

28-08-2024

742

Bağlanılıb

Təsvir

  • “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq iş təlimatlarına uyğun olaraq filial və məntəqələrdə metroloji təminat üzrə işləri yerinə yetirir, istismarda olan ölçmə vasitələrinin kalibrlənməsini (sınaqdan keçirilməsini) təmin edir;
  • Metrolji təminatın yaxşılaşdırılması, ölçmə vasitələri və sınaq avadanlıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təklif və layihələrin hazırlanmasında iştirak edir;
  • İstismar olunan və istismara yeni daxil edilən ölçmə vasitələrinin kalibrlənməsi dövriliyini müəyyən edir və bunun yerinə yetirilməsi üçün təqvim-cədvəl hazırlayır;
  • Ölçmə vasitələrinin vaxtaşırı (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təlimatlarına uyğun) kalibrlənməsini yerinə yetirir;
  • Alınan nəticələri laboratoriya iş dəftərində qeyd edir, kalibrləmə nəticələrindən ibarət sınaq protokolu və kalibrləmə sertifikatı tərtib edir, lazım gəldikdə müvafiq qurumlara bildirir;
  • Cihaz və avadanlıqların texniki qulluğunu həyata keçirir;
  • Lazım olan normativ sənədləri və yoxlama metodikalarının hazırlayır və razllaşdıraraq təsdiq olunması üzrə işləri yerinə yetirir;
  • Mühəndis texniki sənədlərin metroloji ekspertizasını həyata keçirir;
  • Yeni ölçmə vasitə və metodlarının seçilməsi üzrə işləri yerinə yetirir, onların yerinə yetirilməsi metodikasını işləyib hazırlayır;
  • Xüsusi təyinatlı ölçmə vasitələrinin işlənib hazırlanmasında iştirak edir;
  • Nəzarət-ölçü cihazlarının vəziyyəti ilə əlaqədar texnoloji prosesdə yaranmış xətaların səbəblərinin analiz edilməsində və bu xətaların aradan qaldırılmasında iştirak edir;
  • Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət və beynəlxalq standartların, digər normativ sənədlərin tətbiq edilməsində iştirak edir;
  • Müəssisəyə yeni daxil olmuş ölçmə vasitələrinin texniki qəbulunu həyata keçirir;
  • Metroloji təminatla bağlı hesabat hazırlayır;
  • Filial və məntələrdə yanacaq paylayan kolonkaların yoxlanılması və istismara yararlılığına nəzarət edir;
  • Rəhbərliyin təyin etdiyi digər işləri icra edir.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Tələblər

Tələblər:


  • Təhsil: Ali (Standartlaşdırma və metrologiya üzrə ) – mütləq şərtdir;
  • Ölçmə vasitələrinin kalibrlənməsi və qeyri müəyyənliyin hesablanması üzrə bacarıq və bilik;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komanda ilə işləmək bacarmağı;
  • Məsuliyyətlilik, diqqət və dəqiqlik;
  • İş təhlükəsizliyi - İşçi sağlamlığı, Sanitariya ve Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli;
  • İstifadə etdiyi cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirməyi bacarmalı;
  • Cihaz və avadanlıqların montajı və yenidən qurulması işlərini bacarmalı.


Səriştə və bacarıqlar:


  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti.


Vakansiya haqqında

Son tarix

sentyabr 27, 2024

Paylaşılıb

avqust 28, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə