MKT İK MMC
Ana səhifə
/
/
/
Təchizat üzrə mütəxəssis

Təchizat üzrə mütəxəssis

  • MKT İK MMC
  • 125, Heydar Aliyev Ave, Baku 1029, Azərbaycan
  • Tam ştat

25-09-2024

1.8K

Təsvir

  • Təchizat proseslərini hazırlamaq, yerinə yetirmək və icra olunmasını idarə etmək;
  • Maya dəyərini azaltmaq və ən uyğun seçimi etmək;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat vermək;
  • Satınalma sifarişləri açmaq və icra etmək;
  • Yerli bazara baxış keçirmək;
  • Müqavilə və ödəniş sənədlərini hazırlamaq;
  • Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  • Alışlara müvafiq rəyləri və təsdiqləri almaq;
  • Alışların 1C proqramında işləmək;
  • Şirkətin təchizat siyasətinə uyğun təchizatçını seçmək;
  • Təchizat planına uyğun alışları həyata keçirmək;
  • Təchizatçılarla danışıqlar aparmaq, endirimləri amaq;
  • Şirkətin ölkədaxili yüklərin daşınmasını təşkil və xidmət sonrası ödənişlərin edilməsinə nəzarət etmək;
  • Şirkətin idxal (şifarişlər) və ixrac (satış) yüklərinin daşınmasının təşkili və xidmət sonrası ödənişlərin edilməsinə nəzarət etmək;
  • Yüklər üçün nəqliyyat vasitələrini seçilib, araşdırmaq və prosesi idarə etmək;
  • Logistika üzrə tenderləri keçirmək;
  • Ən optimal nəqliyyat yolunu təyin etmək.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


Tələblər

Təhsil: Ali

Təcrübə: Təchizat sahəsində minimum 1 -3 il iş təcrübəsi.

Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Kompüter bilikləri: MS Office, Outlook

Texniki biliklər: İqtisaiyyat, Menecment, Logistika sahəsində biliklər;Təchizat zənciri haqqında ümumi biliklər; İncoterms 2010

Səriştə və bacarıqlar: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət; Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;

Vakansiya haqqında

Son tarix

oktyabr 24, 2024

Paylaşılıb

sentyabr 25, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə