Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yükləri çəkmək;
Yüklərin xarici görünüşünə baxış keçirmək və qablaşdırılmasının düzgünlüyünə nəzarət etmək;
Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
Yükün çatışmazlığına və xarab olmasına görə aktları tərtib etmək və müşayiətedici sənədləri rəsmiləşdirmək;
Çəkilmiş yüklərin uçotunu aparmaq;
Tərəzilərin çəkini düzgün göstərməsini yoxlamaq və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət etmək;
Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək.
Tələblər
Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları
Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilmək;
Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilmək;
Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.