Tornaçı universal torna dəzgahlarında metal və müxtəlif materialları kəsici və emaledici alətlər vasitəsi ilə kəsir, yonur, yiv açır və müxtəlif konfiquryasiyalı işləri həyata keçirir.
Təhlükəsizlik şərtlərinə düzgün şəkildə əməl etmək, xüsusi fərdi qoruyucu geyim və eynək geymək;
Dəzgahın hazırlanması prosesində istifadə ediləcək müvafiq alət, avadanlıq və materialları seçmək;
Kəsici alətləri, ehtiyat hissələrini və ya dəzgaha əlavə edilən materialları yoxlamaq;
İstismar prosedurlarına və istehsalçının texniki şərtlərinə uyğun olaraq dəzgahı işə salmaq, işlətmək və söndürmək.
Tələblər
Təhsil : Orta və ya Texniki peşə təhsili;
Təcrübə : 1 il;
Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisə daxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.