MKT İK MMC
Ana səhifə
/
/
/
Usta (Beyləqan filialı)

Usta (Beyləqan filialı)

23-09-2024

84

Təsvir

  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq;
  • Maşın,mexanizm,aqreqat və qurğuların və təmir prosesində yoxlanması zamanı qüsurları aşkar etmək və aradan qaldırmaq;
  • Maşın, mexanizm, aqreqat və qurğulara təyin olunmuş dövriliklə texniki baxış keçirmək;
  • Kənd təsərrüfatı texnikalarının və digər aqreqatların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək;
  • Gündəlik olaraq istismar olunan maşın,mexanizm,aqreqat və qurğularını yoxlamaq və lazımi təmir işlərini icra etmək;
  • Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
  • Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
  • Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
  • Mexaniki komponentlər və ya hissələri saz vəziyyətdə saxlamaq və/və ya təmir etmək;
  • Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
  • Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək;
  • Maşın,mexanizm,aqreqat və qurğuların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Bütün daxili prosedur,təlimat və qaydala riayət etmək;
  • Tələb olunan kimi digər vəzifələri yerinə yetirmək;
  • Çilingər işləri üçün lazım olan bütün alətlərdən yalnız saz vəziyyətdə istifadə etmək;
  • Sexdə alətlərin saxlanılması,qəbulu və verilməsi qaydaları üzərində ciddi nəzarət qoymaq;
  • Təmir zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması.

Tələblər

Təhsil : Orta,orta ixtisas

Təcrübə : 1 il

Texniki Bilikləri

  • Çilingər işinə aid texniki sənədləri, normativləri və yuxarı təşkilatların sərəncamlarını bilmək.
  • xtisas dərəcələrinə aid tələbləri bilmək;
  • Komanda daxilində işləmək , komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq və gərgin iş şəraitində işləmək bacarıqlarına malik olmaq;
  • Maşın, mexanizm, aqreqat və qurğuların detal və hissələrinı tanımaq, onların bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınmsı üzrə profilaktik tədbirləri bilmək.

Vakansiya haqqında

Son tarix

oktyabr 22, 2024

Paylaşılıb

sentyabr 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı