
15-04-2026
60
MSolution olaraq AML istiqamətində komandamızı gücləndiririk. Axtardığımız namizəd şirkətin AML/CFT, uyğunluq yanaşmalarını formalaşdırmalı, gündəlik monitorinq proseslərini idarə etməli, yeni məhsul, xidmət və tərəfdaşlıqları qiymətləndirməli və bu sahə üzrə praktiki nəzarəti həyata keçirməlidir.
Bu vəzifədə əsas məqsəd şirkətin fəaliyyətində AML/CFT, uyğunluğun vaxtında müəyyən edilməsi, qiymətləndirilməsi, idarə olunması və bu istiqamətdə effektiv yanaşmanın real tətbiqinin təmin edilməsidir.
Vəzifə Öhdəlikləri
• AML/CFT üzrə daxili qayda, prosedur və metodologiyaları hazırlamaq, yeniləmək və tətbiq etmək.
• Mövcud və yeni məhsullar, xidmətlər, tərəfdaşlıqlar və biznes prosesləri üzrə qiymətləndirmə aparmaq.
• Şübhəli, qeyri-adi və əməliyyatları izləmək, araşdırmaq və nəticə üzrə rəy vermək.
• Müştəri, merchant, tərəfdaş və əməliyyatları qiymətləndirmək.
• AML və uyğunluq üzrə daxili hesabatlar, rəylər və təkliflər hazırlamaq.
• Tənzimləyici tələbləri izləmək və onların daxili proseslərdə tətbiqini təmin etmək.
• Biznes, əməliyyat, məhsul və texniki komandalarla birbaşa işləyərək mövqe formalaşdırmaq.
• Monitorinq yanaşmalarını və nəzarət tədbirlərini müəyyən etmək və tətbiq etmək.
• Yeni proses, məhsul və tərəfdaşlıqlar üzrə AML rəyi vermək.
• Aşkarlanan uyğunsuzluqlar və boşluqlar üzrə tədbirlər planı formalaşdırmaq və icrasını izləmək.
• AML, compliance, audit və ya daxili nəzarət sahəsində iş təcrübəsi.
• Bank, ödəniş təşkilatı, fintech, BOKT və ya maliyyə sektorunda təcrübəyə üstünlük verilir.
• Analitik düşüncə və strukturlaşdırılmış formada təqdim etmək bacarığı.
• Şübhəli əməliyyatların təhlili üzrə praktiki yanaşma.
• Sənəd, prosedur və daxili qaydaların hazırlanması təcrübəsi.
• Məsuliyyətli, sistemli, diqqətli və proaktiv yanaşma.
• Müstəqil işləmək, qərar vermək və mövqe bildirmək bacarığı.
• Komanda ilə koordinasiyalı işləmək və prosesləri sona qədər izləmək bacarığı.
Dil Bilikləri
Azərbaycan dili – Səlis (yazılı və şifahi).
İngilis dili – Yaxşı səviyyədə.
Rus dili – Arzuolunandır.
Son tarix
May 15, 2026
Paylaşılıb
aprel 15, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis

Green Tech MMC ● Bakı, Azərbaycan
07-04-2026
394

Esyasoft CIS ● Bakı, Azərbaycan
02-04-2026
295

Yalama Agropark LLC ● Xaçmaz, Azərbaycan
Bu gün
7

Facility Management Group ● Bakı, Azərbaycan
Bu gün
5

Esyasoft CIS ● Bakı, Azərbaycan
Bu gün
6