MSolution

Daxili Auditor

  • MSolution
  • CR6X+65C, Atatürk prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

16

Təsvir

Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatında fəaliyyəti müstəqil qiymətləndirəcək, daxili nəzarət və risk sistemlərinin effektivliyini təhlil edəcək və çatışmazlıqlar üzrə təkmilləşdirmə tədbirləri təklif edəcək mütəxəssis axtarırıq.


Vəzifə Öhdəlikləri


  • Fəaliyyətin qanunvericiliyə, Mərkəzi Bankın normativ aktlarına və daxili prosedurlara uyğunluğunu audit etmək.
  • Risk-əsaslı yanaşma ilə illik daxili audit planını hazırlamaq.
  • Struktur bölmələrin, biznes proseslərinin və əməliyyatların müstəqil auditini aparmaq.
  • Maliyyə, əməliyyat, İT və informasiya təhlükəsizliyi prosesləri üzrə yoxlamalar aparmaq.
  • AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğu yoxlamaq.
  • Daxili nəzarət mexanizmlərini qiymətləndirmək, nəzarət boşluqlarını və riskləri müəyyən etmək.
  • Aşkar edilmiş çatışmazlıqların kök-səbəb analizini aparmaq və tövsiyələr hazırlamaq.
  • Audit hesabatlarını hazırlayıb Direktora təqdim etmək.
  • Tədbirlər planının icrasını monitorinq etmək və təkrar qiymətləndirmə aparmaq.
  • Yeni məhsul və xidmətlərin tətbiqində, üçüncü tərəf təchizatçıların qiymətləndirilməsində iştirak etmək.


Tələblər

  • Daxili audit, daxili nəzarət, komplayens, risk və ya maliyyə nəzarəti sahəsində minimum 2 il təcrübə.
  • Maliyyə, iqtisadiyyat, hüquq, mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil.
  • Ödəniş xidmətləri qanunvericiliyi və Mərkəzi Bankın tələbləri ilə tanışlıq.
  • AML/CFT tələbləri üzrə ümumi anlayış.
  • Daxili nəzarət və risk çərçivələri (COSO, IIA və s.) ilə tanışlıq.
  • Audit yoxlaması aparmaq, sübut toplamaq və hesabat yazmaq bacarığı.
  • Analitik düşüncə, obyektiv və müstəqil yanaşma, detallara diqqət.
  • Azərbaycan dili — səlis; İngilis dili — orta (peşəkar materialları oxumaq üçün); Rus dili — arzuolunandır.
  • Bank, BOKT və ya ödəniş sektorunda təcrübə, habelə peşəkar sertifikatlar (CIA, CISA və s.) üstünlükdür.


Vakansiya haqqında

Son tarix

October 2, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə