
Fintech və ödəniş xidmətləri sahəsində hüquqi proseslərin idarə olunmasını təmin edəcək, şirkətin hüquqi risk strategiyasını formalaşdıracaq, məhsul və biznes qərarlarında hüquqi tərəfdaş kimi çıxış edəcək peşəkar Hüquq üzrə menecer axtarırıq.
• Şirkətin hüquqi fəaliyyətinin və hüquqi risk idarəetmə proseslərinin koordinasiya olunmasını təmin etmək.
• Müqavilələrin, əməkdaşlıq sənədlərinin, daxili qaydaların və digər hüquqi sənədlərin hazırlanmasına və hüquqi nəzarətinə rəhbərlik etmək.
• Yeni fintech, payment və rəqəmsal məhsullar üzrə hüquqi uyğunluq və risk analizlərini həyata keçirmək.
• Məhsul launch-ları, yeni biznes modelləri və tərəfdaşlıqlar üzrə hüquqi rəy və qərarvermə prosesində iştirak etmək.
• E-commerce, payout, merchant acquiring, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək və uyğun hüquqi çərçivələrin formalaşdırılmasını təmin etmək.
• AML/KYC, compliance, fraud və risk idarəetməsi proseslərinə hüquqi tərəfdən dəstək vermək.
• Azərbaycan Mərkəzi Bankı və digər tənzimləyici qurumlarla hüquqi kommunikasiyalarda iştirak etmək.
• Tənzimləyici tələblərə uyğun siyasət, prosedur və daxili nəzarət sənədlərinin hazırlanmasını koordinasiya etmək.
• Şirkətin hüquqi sənəd dövriyyəsinə, hüquqi risklərinə və regulator tələblərinə uyğunluğuna nəzarət etmək.
• Məhsul, risk, compliance, maliyyə və biznes komandaları ilə koordinasiyalı işləmək.
• Hüquqi məsələlər üzrə rəhbərliyə strateji hüquqi rəy və tövsiyələr təqdim etmək.
• Zərurət yarandıqda xarici hüquq şirkətləri və hüquqi tərəfdaşlarla iş prosesini koordinasiya etmək.
• Hüquq üzrə ali təhsil.
• Hüquq sahəsində minimum 3 il iş təcrübəsi.
• Korporativ hüquq, müqavilə hüququ və kommersiya hüququ üzrə biliklər.
• Fintech, ödəniş xidmətləri və ya bank sektorunda hüquqi iş təcrübəsi üstünlük hesab olunur.
• AML/KYC, compliance və ödəniş xidmətləri qanunvericiliyi üzrə anlayış.
• Azərbaycan Mərkəzi Bankının tələbləri və tənzimləyici çərçivələrlə işləmə təcrübəsi üstünlük hesab olunur.
• Yeni məhsul və xidmətlərin hüquqi uyğunluğunu və hüquqi risklərini qiymətləndirmək bacarığı.
• Hüquqi risklərin biznes və əməliyyat prizmasından analiz edilməsi bacarığı.
• Müqavilə, memorandum, rəsmi məktub, arayış və daxili hüquqi sənədlərin hazırlanması təcrübəsi.
• Azərbaycan Respublikasının mülki, əmək, vergi və sahibkarlıq qanunvericiliyi üzrə biliklər.
• Analitik düşüncə, qərarvermə və problem həll etmə bacarığı.
• Prioritetləri düzgün idarə etmək və müstəqil işləmək bacarığı.
• Komandalararası koordinasiya və effektiv kommunikasiya bacarığı.
• Hüquqi proseslərin idarə olunması və ownership yanaşması.
• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
• İngilis dili biliyi üstünlük hesab olunur.
• Rus dili biliyi üstünlük hesab olunur.
Son tarix
June 11, 2026
Paylaşılıb
may 12, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Digər