Siz bazarda ödəniş qəbulunda çətinlik çəkən, prosesləri əl ilə idarə edən və ya rəqəmsallaşmağa ehtiyacı olan şirkətləri tapacaq və onlara bizim texnoloji həllərimizi (E-com, MultiSplit, POS, App) təklif edəcəksiniz.
Vəzifə Öhdəlikləri
- Bazarın Araşdırılması: Sektor fərqi olmadan (E-kommersiya, Sığorta, Təhsil, HoReCa, Logistika və s.) potensial korporativ müştərilərin müəyyən edilməsi.
- Həllərin Satışı: Müştərinin biznes modelini təhlil edərək, ona ən uyğun ödəniş alətini və ya proqram təminatını (paket) şəklində təklif etmək.
- Görüşlər və Təqdimatlar: Şirkətin portfelindəki həllərin (Custom Software, Payment Integration) təqdimatını keçirmək və qərarverici şəxslərlə görüşmək.
- Müqavilə Prosesi: Kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilə bağlanana qədər prosesin izlənilməsi.
- Networking: Sərgilərdə və biznes forumlarda şirkəti təmsil etmək, yeni əlaqələr qurmaq.