MSolution
Ana səhifə
/
/
/
Məhsul Sahibi ( Product Owner )

Məhsul Sahibi ( Product Owner )

  • MSolution
  • CR6X+65C, Atatürk prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

9

Təsvir

Product Owner Proqram təminatı məhsullarının hazırlanması prosesində biznesi və texniki komandanı bir araya gətirəcək, tələbləri formalaşdıracaq və layihələrin effektiv icrasını təmin edəcək Product Owner axtarırıq.


Vəzifə Öhdəlikləri


  • Məhsulun inkişaf hədəflərini anlamaq və komandanın gündəlik işlərinin yol xəritəsinə (roadmap) uyğunluğunu təmin etmək.
  • Biznes və istifadəçi tələblərini təhlil edərək onları aydın, anlaşılan "User Story"-lərə və texniki tapşırıqlara çevirmək.
  • Məhsulun Backlog-unu (Product Backlog) formalaşdırmaq, prioritetləşdirmək və daim aktual saxlamaq.
  • Development komandası ilə sıx əməkdaşlıq etmək, sprint ərzində yaranan sualları vaxtında cavablandırmaq və tapşırıqları dəqiqləşdirmək.
  • Layihənin ehtiyaclarına uyğun olaraq Agile/Scrum komanda görüşlərində (Sprint planlama, Daily, Retro) iştirak etmək.
  • Hazırlanmış funksionallıqların qəbul meyarlarına (Acceptance Criteria) uyğunluğunu yoxlamaq və test (UAT) prosesində iştirak etmək.
  • Yeni funksionallıqların tətbiqi zamanı maraqlı tərəflər (stakeholders) və texniki komanda arasında əlaqələndirici rol oynamaq.

Tələblər

  • IT və ya proqram təminatının hazırlanması (Software Development) sahəsində Product Owner, Biznes Analitik və ya analoji vəzifədə 1+ il real iş təcrübəsi.
  • Proqram təminatının yaradılması prosesləri (SDLC) barədə aydın anlayış və texniki komanda ilə rahat kommunikasiya qurmaq bacarığı.
  • Biznes tələblərini analiz etmək, strukturlaşdırmaq və texniki tapşırıqlar şəklində ifadə etmək qabiliyyəti.
  • Notion, Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri ilə işləmək təcrübəsi.
  • Güclü analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik.
  • Komanda ilə effektiv kommunikasiya və problem həlletmə bacarığı.
  • Azərbaycan dili — səlis; İngilis və ya Rus dili — texniki sənədləri və tələbləri oxuyub anlamaq üçün kifayət edəcək səviyyədə.
  • Fintech və ya ödəniş sistemləri sahəsində təcrübə üstünlükdür (arzuolunandır).


Biz nə təklif edirik?


  • - Sürətlə böyüyən fintech sektorunda real karyera imkanı.
  • - Maraqlı inteqrasiya və innovativ layihələr.
  • - Peşəkar inkişaf və daimi öyrənmə imkanları.
  • - Rəqabətli əməkhaqqı.

Vakansiya haqqında

Son tarix

October 22, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik

İmtiyazlar

  • Product Management
  • Backlog
  • User Stories
  • SDLC Jira
  • Confluence Requirements Analysis
  • Agile
  • Scrum
  • Fintech