MSolution
Ana səhifə
/
/
/
Monitorinq və Texniki Dəstək Mütəxəssisi

Monitorinq və Texniki Dəstək Mütəxəssisi

  • MSolution
  • CR6X+65C, Atatürk prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

59

Təsvir

Əsas gözləntimiz sistemlərin fasiləsiz işləməsinə nəzarət etmək, yaranan problemlərə operativ reaksiya vermək və texniki komanda ilə kommunikasiya etmək.

• Proaktiv monitorinq: Monitorinq alətləri (monitoring tools) vasitəsilə sistemlərin, ödəniş kanallarının və funksionallığın daimi izlənilməsi.

• İnsidentlərin idarə edilməsi: - Xəta baş verdikdə ilkin araşdırmanın aparılması - Problemin kritikliyini təyin etmək

• Müştəri dəstəyi və kommunikasiya: Müştərilərdən gələn sorğuların (zəng, mesaj, email) qəbulu, ilk cavabın verilməsi və həll edilməsi.

• Manual testlər: Sistem yenilənmələri və ya şübhəli hallar zamanı tətbiqləri (app) və veb-interfeysləri bir istifadəçi kimi yoxlamaq/test etmək.

• İzləmə (Follow-up): Qeydə alınan problemlərin həll olunana qədər təqib edilməsi, müştəriyə status barədə məlumat verilməsi.

Tələblər

  • IT sahəsində ümumi anlayış və ya təhsil (Computer Science, IT management və s.).
  • Android/IOS əməliyyat sistemlərində istifadəçi səviyyəsində dərin bilik (tətbiqləri test etmək üçün).
  • Sorğu/tapşırıq idarəetmə sistemləri (Jira, Helpdesk və s.) ilə işləmək təcrübəsi (üstünlükdür).
  • SQL sorğuları barədə baza biliklər (üstünlükdür).
  • Məsuliyyət: Gecə növbəsində müstəqil qərar verə bilmək bacarığı.
  • Problem həll etmə bacarığı (Problem-solving): Emosiyaya yox, həll yoluna fokuslanmaq.
  • Kritik düşünmə (Critical thinking): Vəziyyəti obyektiv qiymətləndirmək, tələsik və emosional qərarlardan qaçmaq.
  • Analitik düşüncə: Problemin kökünü tez tapmaq və düzgün şəxsə yönəltmək bacarığı.


Dil bilikləri:


  • Azərbaycan dili – Səlis (yazılı və şifahi).
  • Rus dili – Yaxşı səviyyədə (üstünlükdür).
  • İngilis dili – Texniki sənədləri və xətaları oxuya biləcək səviyyədə.


Vakansiya haqqında

Son tarix

November 13, 2026

Paylaşılıb

oktyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik