MSolution
Ana səhifə
/
/
/
Mühasib Köməkçisi (Əməliyyat Maliyyə Komandası)

Mühasib Köməkçisi (Əməliyyat Maliyyə Komandası)

  • MSolution
  • CR6X+65C, Atatürk prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

4

Təsvir

Fintech və ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkətimizə, gündəlik maliyyə əməliyyatlarının icrasında, müştəri vəsaitlərinin idarə olunması və bank hesabları üzrə nəzarət proseslərində iştirak edəcək məsuliyyətli və analitik düşüncəyə malik Mühasib Köməkçisi axtarırıq.


Vəzifə öhdəlikləri


  • Hesablanan müştəri öhdəliklərinə əsasən müştəri vəsaitlərinin düzgün və vaxtında köçürülməsi prosesinə nəzarət etmək.
  • Müştəri öhdəlikləri üzrə gündəlik əməliyyatların düzgünlüyünü yoxlamaq və monitorinqini həyata keçirmək.
  • Aylıq üzləşdirmə (reconciliation) proseslərini icra etmək və uyğunsuzluqları müəyyən edərək aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə aradan qaldırılmasına dəstək vermək.
  • Bank hesabları və xüsusi cari hesablar üzrə vəsait qalıqlarını gündəlik izləmək və nəzarətdə saxlamaq.
  • Bank çıxarışlarını maliyyə sistemindəki məlumatlarla müqayisə etmək və uyğunluğunu test etməklə, avtomatlaşdırılmış proseselərin düzgün işləməsini nəzarətdə saxlamaq
  • Gündəlik maliyyə əməliyyatları üzrə hesabatların hazırlanmasına dəstək vermək.
  • Daxili prosedur və qaydalara uyğun maliyyə əməliyyatlarının icrasında iştirak etmək.
  • Maliyyə və əməliyyat komandaları ilə koordinasiyalı şəkildə işləmək.
  • Bölmə rəhbəri tərəfindən verilən digər maliyyə və əməliyyat tapşırıqlarını yerinə yetirmək.


Tələblər

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər əsas funksiyalar üzrə işləmək bacarığı).
  • Bank hesablarının təhlili, bank çıxarışlarının yoxlanılması və üzləşdirmə (reconciliation) prosesləri üzrə biliklər.
  • Rəqəmlərlə işləmək, analitik düşüncə və yüksək diqqətlilik.
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq.
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.


Dil bilikləri


  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
  • İngilis dili biliyi üstünlük hesab olunur.
  • Rus dili biliyi üstünlük hesab olunur.


Vakansiya haqqında

Son tarix

August 13, 2026

Paylaşılıb

iyul 14, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə