Milli Aviasiya Akademiyası
Ana səhifə
/
/
/
Beynəlxalq Təlim Mərkəzinə psevdo pilot

Beynəlxalq Təlim Mərkəzinə psevdo pilot

Dünən

98

Təsvir

  • təsdiq edilmiş təlim proqramlarına, məşq ssenarilərinə və müəyyən edilmiş təlim məqsədlərinə uyğun olaraq hava gəmilərinin idarə edilməsini imitasiya etməklə HHİ üzrə trenajor məşqlərinin keçirilməsini təmin etmək
  • trenajor məşqləri zamanı hava gəmilərinin kursunu, sürətini, uçuş hündürlüyünü, qalxma və enmə sürətini və digər tələb olunan uçuş parametrlərini məşqin məqsəd və ssenarisinə uyğun idarə etmək
  • hava gəmilərinin uçuş marşrutlarını məşq ssenarisinə uyğun dəyişdirmək və onların müəyyən edilmiş marşrutlar üzrə hərəkətini təmin etmək
  • trenajor məşqlərinin keçirilməsi zamanı trenajor təlimatçısı və digər aidiyyəti təlim heyəti ilə qarşılıqlı fəaliyyəti həyata keçirmək, məşqin məqsədi, ssenarisi və verilmiş göstərişlərə uyğun olaraq nəzərdə tutulmuş hava hərəkəti vəziyyətinin düzgün yaradılmasını təmin etmək
  • yeni trenajor məşqlərinin və ssenarilərinin işlənib hazırlanmasında, mövcud məşqlərin təkmilləşdirilməsində öz funksional sahəsi üzrə iştirak etmək və müvafiq təkliflər vermək
  • trenajor böyük təlimatçısı ilə gündəlik trenajor fəaliyyətinin əlaqələndirilməsini təmin etmək
  • şöbə rəhbərinin tapşırığına əsasən və səlahiyyətləri daxilində trenajor fəaliyyəti və şöbənin fəaliyyət sahəsi ilə bağlı digər aidiyyəti tapşırıqları yerinə yetirmək

Tələblər

  • HHİ üzrə trenajor sistemində psevdo pilot funksiyalarını yerinə yetirmək, hava gəmilərinin kursunu, sürətini, uçuş hündürlüyünü, qalxma və enmə sürətini və digər uçuş parametrlərini idarə etmək, uçuş marşrutlarını dəyişdirmək və hava gəmilərinin müəyyən edilmiş marşrutlar üzrə hərəkətini təmin etmək bacarığı
  • Trenajor məşqlərinin məqsəd və ssenarilərini, psevdo pilot funksiyalarına aid müvafiq HHİ terminologiyasını, əsas uçuş parametrlərini və trenajor sisteminin funksional imkanlarını bilmək
  • Microsoft Office proqramlarından, korporativ informasiya sistemlərindən, HHİ üzrə trenajor sistemlərindən və psevdo pilot iş yerində istifadə olunan müvafiq informasiya-texniki vasitələrdən istifadə bacarığı
  • Dil biliyi: ingilis dili – minimum Intermediate (B1) səviyyəsi

Vakansiya haqqında

Son tarix

November 26, 2026

Paylaşılıb

oktyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil