Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə daxili qaydaların vaxtaşırı yenilənməsi, hazırlanması;
Müəssisəyə yeni gələn əməkdaşlara giriş təlimatının keçirilməsi və müvafiq jurnallarda qeydiyyatının aparılması;
İşçilərin peşələrinə uyğun qanunvericiliklə tələb edilən təlimlərə cəlb edilməsinin təşkili;
İş zamanı baş vermiş bədbəxt hadisələrin araşdırılması, uçotu və müvafiq jurnallarda qeydiyyatının aparılması, müvafiq hesabatların hazırlanması və aidiyyatı rəhbərliyə təqdim olunması;
Təhlükəli istehsalat amillərinin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün təkliflərin verilməsi;
İşçilərin dövri tibbi yoxlamalara yollanmasının təşkili;
Tələbələrin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vaxtaşırı məlumatlandırılmasının təşkil edilməsi
Tələblər
AR Əmək Məcəlləsi, əməyin mühafizəsi üzrə normativ hüquqi aktlar haqqında biliklər;
Risklərin qiymətləndirilməsi metodları üzrə biliklər;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim keçmə bacarığı;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə FHN sertifikatı;
İlk yardım, İOSH, ISO standartları üzrə sertifikatlar əlavə üstünlükdür