Milli Aviasiya Akademiyası
Ana səhifə
/
/
/
Layihələr və qrantlar üzrə mütəxəssis

Layihələr və qrantlar üzrə mütəxəssis

Bu gün

39

Təsvir

  • Erasmus+, Horizon Europe və digər beynəlxalq və yerli qrant proqramları üzrə imkanların araşdırılması və monitorinqini həyata keçirmək
  • Qrant proqramlarının tələblərinin, prioritet istiqamətlərinin və müraciət şərtlərinin təhlilini aparmaq
  • Qrant və layihə müraciətlərinin hazırlanmasını, əlaqələndirilməsini və vaxtında təqdim edilməsini təmin etmək
  • Layihə təkliflərinin (proposalların) hazırlanmasında və müvafiq sənədləşmənin aparılmasında iştirak etmək
  • Layihələrin icrasını, fəaliyyət planlarının və müəyyən edilmiş müddətlərin yerinə yetirilməsini koordinasiya və monitorinq etmək
  • Layihə büdcələrinin hazırlanmasında iştirak etmək və büdcə icrasını izləmək
  • Layihə hesabatlarının donor tələblərinə uyğun hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək
  • Donor təşkilatlar, layihə tərəfdaşları və Akademiyanın aidiyyəti struktur bölmələri ilə işgüzar əlaqələrin və məlumat mübadiləsinin təşkilini təmin etmək
  • Layihələrin icrası ilə bağlı sənədlərin, məlumatların və hesabatların sistemləşdirilməsini və düzgün saxlanılmasını təmin etmək
  • Qrant və layihələrin icrası üzrə mövcud riskləri və problemləri müəyyənləşdirmək, onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq
  • Layihələrin nəticələrinin, göstəricilərinin və donor qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsini izləmək
  • Qrant və layihə fəaliyyəti üzrə rəhbərliyə analitik məlumat, arayış və hesabatlar təqdim etmək


Tələblər

  • Ali təhsil (Menecment, iqtisadiyyat, statistika, beynəlxalq münasibətlər və ya əlaqəli sahə üzrə)
  • Dil biliyi: Azərbaycan - əla, ingilis dili - əla, rus - orta
  • Erasmus+, Horizon Europe və digər beynəlxalq qrant və maliyyələşdirmə proqramlarında işləmək bacarığı
  • Dünya Bankı, Avropa İttifaqı, Erasmus+, Horizon Europe, UNDP və digər donor təşkilatların qrant imkanları və əsas tələblərini bilmək
  • Qrant müsabiqələrinin və layihə çağırışlarının təhlili və qiymətləndirilməsi prinsiplərini bilmək
  • Layihə təkliflərinin hazırlanması və təqdim edilməsi qaydalarını, layihələrin planlaşdırılması, idarə olunması, monitorinqi və qiymətləndirilməsi prinsiplərini bilmək
  • Layihə büdcələrinin hazırlanması və maliyyə vəsaitlərinin idarə olunması prinsiplərini, layihə tərəfdaşları və donor təşkilatlarla işgüzar yazışma və kommunikasiya qaydalarını bilmək
  • Donor təşkilatların hesabatlılıq və sənədləşmə tələblərini bilmək
  • Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarını bilmək
  • MS Office proqramlarını, xüsusilə Word, Excel, PowerPoint və Outlook proqramlarınında işləmək bacarığı

Vakansiya haqqında

Son tarix

September 5, 2026

Paylaşılıb

avqust 13, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Təhsil

Bakalavr

Kateqoriya

Təhsil