Akademiyanın fəaliyyətləri üzrə sənədlərin idarə edilməsini və nəzarətini həyata keçirmək
Sənədlərin müəyyən edilmiş struktur, format və təsdiq prosedurlarına uyğunluğunu yoxlamaq
Sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, təsdiqi, yenilənməsi və yayılmasını koordinasiya etmək
Sənədlərin aktual versiyalarının istifadəsinə nəzarət etmək və köhnəlmiş versiyaların dövriyyədən çıxarılmasını təmin etmək
Sənədlərin reyestrini və dəyişiklik tarixçəsini (Revision History) aparmaq və aktual saxlamaq
Elektron və kağız daşıyıcılarda sənədlərin düzgün saxlanılmasını və əlçatanlığını təmin etmək
Sənədlərin müəyyən edilmiş qaydalara uyğun arxivləşdirilməsini təmin etmək
Aidiyyəti struktur bölmələrdən sənədlərin vaxtında təqdim edilməsini və yenilənməsini izləmək
Xarici və daxili auditlər zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsinə dəstək vermək
Sənədlərin ICAO, EASA, Azərbaycan Respublikasının müvafiq normativ tələblərinə və təşkilatın daxili prosedurlarına uyğunluğunun təmin edilməsində iştirak etmək
Sənədlərin idarə edilməsi ilə bağlı hesabat və statistik məlumatları hazırlamaq
Tələblər
Ali təhsil (aviasiya, idarəetmə, sənədləşmə, hüquq, mühəndislik və ya əlaqəli sahələr üzrə)
Sənədlərin idarə edilməsi və nəzarəti prinsiplərini bilmək
ICAO, EASA və Azərbaycan Respublikasının aviasiya sahəsində əsas normativ tələblərini bilmək
Sənədlərin versiyalaşdırılması, dəyişikliklərin idarə edilməsi və arxivləşdirilməsi prinsiplərini bilmək
Keyfiyyət idarəetməsi və Compliance Monitoring üzrə əsas prinsipləri bilmək
Elektron sənəd idarəetmə sistemləri və MS Office proqramları ilə işləmək bacarığı
Sənədlərlə işləmək və məlumatları düzgün strukturlaşdırmaq bacarığı
Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı