Təsvir
Vəzifə öhdəlikləri:
- MAA-nın sosial şəbəkə hesabları üçün foto və video çəkilişlərin həyata keçirilməsi;
- Vizual və rəqəmsal kontentlərinin hazırlanmasında iştirak;
- Video materialların montajı (xüsusilə Reels və qısa formatlı kontentlər);
- Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək;
- Çəkiliş öncəsi və sonrası işlərin (planlama, işıqlandırma, montaj, rəng korreksiyası və səs dizaynı) yerinə yetirilməsi.
Tələblər
- Müvafiq sahə üzrə iş təcrübəsi (ən azı 1-2 il);
- Adobe Premiere Pro, After Effects və digər montaj proqramlarında sərbəst işləmək bacarığı;
- Kamera, dron və digər çəkiliş texnikası ilə işləmə təcrübəsi;
- Yaradıcı baxış və detal yönümlülük;
- Komandada işləmə bacarığı və vaxtında təhvilvermə intizamı;
- Portfolio təqdim edilməsi mütləqdir.
Əlavə məlumatlar:
- Ofisdaxili;
- Əmək haqqı: Müsahibə əsasında müəyyənləşəcək (təcrübəyə əsasən);
- İş qrafiki: I-V günlər, 08:30-17:00;