National Artificial Intelligence Center
Ana səhifə
/
/
/
Beynəlxalq əlaqələr və strateji tərəfdaşlıqlar üzrə rəhbər

Beynəlxalq əlaqələr və strateji tərəfdaşlıqlar üzrə rəhbər

Bu gün

208

Təsvir

Milli Süni İntellekt Mərkəzi (MSİM) olaraq komandamıza Beynəlxalq əlaqələr və strateji tərəfdaşlıqlar üzrə rəhbər axtarırıq.

Beynəlxalq əməkdaşlıq strategiyasının formalaşdırılması, qlobal texnologiya şirkətləri, beynəlxalq təşkilatlar, universitetlər və tədqiqat mərkəzləri ilə strateji tərəfdaşlıqların qurulması, birgə layihələrin və innovasiya təşəbbüslərinin inkişaf etdirilməsi istiqamətində töhfə vermək istəyirsinizsə, bu fürsət Sizin üçündür.

Tələblər

Vəzifə öhdəlikləri:

  • MSİM-in yerli və beynəlxalq əlaqələr və strateji tərəfdaşlıqlar üzrə fəaliyyət strategiyasının hazırlanmasına rəhbərlik etmək və icrasını təmin etmək;
  • Beynəlxalq əməkdaşlıq üzrə prioritet ölkələri, regionları, təşkilatları və potensial strateji tərəfdaşları müəyyənləşdirmək;
  • Beynəlxalq təşkilatlar, qlobal texnologiya şirkətləri, universitetlər, tədqiqat institutları, innovasiya mərkəzləri, dövlət və özəl sektor qurumları ilə uzunmüddətli strateji əməkdaşlıqlar qurmaq və inkişaf etdirmək;
  • Süni intellekt, maşın öyrənməsi, rəqəmsal transformasiya, texnologiya və innovasiya sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaq və yeni tərəfdaşlıq modelləri formalaşdırmaq;
  • Potensial tərəfdaşların və beynəlxalq bazarların təhlilini təşkil etmək, tərəfdaşlıq imkanlarını qiymətləndirmək və strateji tərəfdaşlıq portfelinin inkişafını təmin etmək;
  • Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində birgə tədqiqat, innovasiya, texnologiya və bilik transferi, pilot layihələr və digər təşəbbüslərin hazırlanmasını və həyata keçirilməsini koordinasiya etmək;
  • Beynəlxalq qrantlar, texniki yardım proqramları, birgə maliyyələşdirmə və digər resurs cəlbi imkanlarını araşdırmaq, müvafiq təşəbbüslərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • Memorandumların, niyyət məktublarının, əməkdaşlıq müqavilələrinin və digər institusional sənədlərin hazırlanması, razılaşdırılması və danışıqlar prosesinə rəhbərlik etmək;
  • Beynəlxalq universitetlər, təhsil və tədqiqat institutları, texnologiya şirkətləri ilə birgə təhsil, təlim, sertifikatlaşdırma, akademik mübadilə, təcrübə və mentorluq proqramlarının inkişafını təmin etmək;
  • Beynəlxalq ekspertlərin, tədqiqatçıların və sənaye mütəxəssislərinin MSİM-in fəaliyyətinə cəlb edilməsi üzrə təşəbbüslər irəli sürmək;
  • MSİM-in beynəlxalq forumlarda, sammitlərdə, konfranslarda, sərgilərdə və digər nüfuzlu platformalarda təmsil olunmasını təşkil etmək;
  • Xarici nümayəndə heyətlərinin, beynəlxalq ekspertlərin və strateji tərəfdaşların səfərlərinin, rəsmi görüşlərinin və işgüzar tədbirlərinin təşkilinə rəhbərlik etmək;
  • Beynəlxalq reytinqlərdə, institusional qiymətləndirmələrdə, qlobal tərəfdaşlıq platformalarında və beynəlxalq peşəkar şəbəkələrdə təmsilçilik imkanlarını araşdırmaq və müvafiq təkliflər hazırlamaq;
  • Süni intellekt, texnologiya, innovasiya, beynəlxalq əməkdaşlıq və rəqəmsal transformasiya sahələrində qlobal trendləri, qabaqcıl təcrübələri və bazar dinamikasını izləmək, onların MSİM-in fəaliyyətinə tətbiqi üzrə təkliflər vermək;
  • Mövcud tərəfdaşlarla əməkdaşlığın davamlılığını, tərəfdaşlıq öhdəliklərinin icrasını və uzunmüddətli institusional münasibətlərin inkişafını təmin etmək;
  • Tərəfdaşlıq layihələrinin nəticələrini və effektivliyini qiymətləndirmək, əməkdaşlıqların konkret layihələrə və institusional nəticələrə çevrilməsini təmin etmək;
  • Beynəlxalq və yerli tərəfdaşlıq məlumat bazasının, tərəfdaşlıq portfelinin və əlaqəli sənədlərin idarə olunmasını təmin etmək;
  • Beynəlxalq əlaqələr və strateji tərəfdaşlıqlar istiqamətində fəaliyyət göstərən əməkdaşların işini koordinasiya etmək və komandanın peşəkar inkişafına rəhbərlik etmək;
  • Rəhbərliyə beynəlxalq əməkdaşlıq, strateji tərəfdaşlıqlar, layihələrin icra vəziyyəti və yeni əməkdaşlıq imkanları üzrə mütəmadi hesabatlar və əsaslandırılmış təkliflər təqdim etmək.


Tələblər:

  • Beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi, dövlət idarəetməsi və ya əlaqəli sahələr üzrə ali təhsil; magistr dərəcəsi üstünlükdür;
  • Beynəlxalq əlaqələr, strateji tərəfdaşlıqlar, biznesin inkişafı (Business Development), institusional əməkdaşlıq və ya beynəlxalq layihələrin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə və ya komanda və layihələrin idarə edilməsi və koordinasiyası üzrə müvafiq təcrübə;
  • Beynəlxalq təşkilatlar, universitetlər, dövlət qurumları, qlobal texnologiya şirkətləri və tədqiqat institutları ilə əməkdaşlıq sahəsində praktiki təcrübə;
  • Strateji tərəfdaşlıqların qurulması, inkişaf etdirilməsi və idarə olunması, eləcə də əməkdaşlıq imkanlarının konkret layihələrə çevrilməsi üzrə təcrübə;
  • Memorandum, əməkdaşlıq müqaviləsi, niyyət məktubu və digər institusional sənədlərin hazırlanması, razılaşdırılması və danışıqlarının aparılması üzrə təcrübə;
  • Yüksək səviyyəli beynəlxalq və yerli tərəfdaşlarla danışıqlar aparmaq, institusional münasibətlər qurmaq və əməkdaşlıq proseslərini idarə etmək bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
  • Süni intellekt, texnologiya, innovasiya və rəqəmsal transformasiya sahələri üzrə anlayış və bu istiqamətlərdə beynəlxalq inkişaf tendensiyalarını izləmək bacarığı;
  • Beynəlxalq bazarların, tərəfdaşlıq imkanlarının və institusional əməkdaşlıq modellərinin təhlili üzrə güclü analitik qabiliyyət;
  • Strateji düşüncə, təşəbbüskarlıq və qərarvermə bacarıqları;
  • Güclü danışıqlar, təqdimat, kommunikasiya və təsiretmə bacarıqları;
  • Beynəlxalq layihələrin planlaşdırılması, idarə olunması, resursların bölüşdürülməsi və nəticələrin qiymətləndirilməsi bacarığı;
  • Beynəlxalq qrantlar, donor proqramları, texniki yardım və birgə maliyyələşdirmə mexanizmləri üzrə bilik və təcrübə üstünlükdür;
  • Güclü liderlik, komanda idarəetmə və əməkdaşların inkişafını təmin etmək bacarığı;
  • Bir neçə strateji layihəni paralel şəkildə idarə etmək və prioritetləşdirmək bacarığı;
  • Yüksək məsuliyyət hissi, peşəkar etika, çeviklik və nəticəyönümlü yanaşma;
  • MS Office və müasir rəqəmsal iş alətlərindən sərbəst istifadə bacarığı;
  • Beynəlxalq tədbirlərin, yüksək səviyyəli görüşlərin və xarici nümayəndə heyətlərinin koordinasiyası sahəsində təcrübə.

Vakansiya haqqında

Son tarix

December 12, 2026

Paylaşılıb

noyabr 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə