National Artificial Intelligence Center
Ana səhifə
/
/
/
Frontend mühəndisliyi üzrə təcrübəçi

Frontend mühəndisliyi üzrə təcrübəçi

Bu gün

14

Təsvir

Milli Süni İntellekt Mərkəzi frontend texnologiyaları üzrə təməl biliklərə sahib olan və bu sahədə peşəkarlaşmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Təcrübə proqramı müddətində namizəd peşəkar mühitdə real layihələrin hazırlanmasına cəlb olunacaq, müasir istifadəçi interfeyslərinin qurulma prinsiplərini öyrənəcək və frontend inkişaf prosesində praktiki təcrübə qazanacaqdır. Eyni zamanda, təmiz, oxunaqlı və keyfiyyətli kod yazma bacarıqlarını təkmilləşdirəcəkdir.

Tələblər

Kimlər müraciət edə bilər?


  • 3-cü kursu bitirən tələbələr və məzunlar
  • Müvafiq ixtisas üzrə təhsil alan və ya bu sahədə inkişaf etmək istəyən namizədlər


Tələb edilən texniki bilik və bacarıqlar:


  • Frontend təməli: HTML, CSS və JavaScript üzrə baza biliklərə sahib olmaq və sadə istifadəçi interfeysləri qurmaq bacarığı;
  • Framework/Librariyalar: React ilə ilkin tanışlıq (kurs, bootcamp və ya şəxsi layihələr vasitəsilə);
  • Proqramlaşdırma prinsipləri: Komponent əsaslı yanaşma və təmiz, oxunaqlı kod yazmaq bacarığı;
  • Versiya idarəetməsi: Git (GitHub/GitLab) ilə işləmək və əsas əməliyyatları bilmək (commit, push, pull);
  • Əlavə texnologiyalar: TypeScript və Next.js öyrənməyə maraq;
  • UI/UX əsasları: Responsive dizayn prinsipləri və istifadəçi təcrübəsi haqqında ilkin anlayış;
  • Alətlər və mühit: npm, Vite və ya Webpack kimi frontend alətləri ilə tanışlıq (üstünlükdür);
  • Debugging: Sadə UI problemlərini analiz edib aradan qaldırmaq bacarığı (üstünlükdür).


Tələb edilən yumşaq bacarıqlar:


  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Effektiv ünsiyyət bacarığı;
  • Məsuliyyət və detallara diqqət.


İş şəraiti:


  • İş qrafiki: 09:00 – 18:00
  • Müddət: 3 ay
  • Təcrübə proqramı ödənişlidir
  • Real iş mühitində praktiki təcrübə qazanmaq imkanı

Vakansiya haqqında

Son tarix

May 10, 2026

Paylaşılıb

may 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik