National Artificial Intelligence Center

Marketinq üzrə təcrübəçi

Bu gün

21

Təsvir

Milli Süni İntellekt Mərkəzi marketinq sahəsində təməl biliklərə sahib olan və bu istiqamətdə peşəkarlaşmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Təcrübə proqramı müddətində namizəd peşəkar mühitdə real marketinq, icma və tədbir layihələrinə cəlb olunacaq, kontent planlaşdırılması, kampaniyaların icrası və kommunikasiya proseslərinin əsas prinsiplərini öyrənəcək və bu sahədə praktiki təcrübə qazanacaqdır. Eyni zamanda, bazar araşdırması, copywriting və analitik düşünmə bacarıqlarını inkişaf etdirəcəkdir.

Tələblər

Kimlər müraciət edə bilər?


  • 3-cü kursu bitirən tələbələr və məzunlar
  • Müvafiq ixtisas üzrə təhsil alan və ya bu sahədə inkişaf etmək istəyən namizədlər


Tələb edilən texniki bilik və bacarıqlar:


  • Sosial media platformaları haqqında ilkin biliklər;
  • Bazar və rəqib araşdırması aparmaq bacarığı;
  • Kontent ideyası formalaşdırmaq bacarığı;
  • Google Sheets/Excel ilə ilkin səviyyədə işləmək bacarığı;
  • Təqdimat hazırlamaq bacarığı;
  • Süni intellekt alətləri ilə işləmək bacarığı;
  • Süni intellekt və texnologiya sahəsinə maraq;
  • Canva, CapCut və ya oxşar alətlərdən istifadə bacarığı üstünlükdür.


Tələb edilən yumşaq bacarıqlar:


  • Araşdırma bacarığı;
  • Kreativ düşüncə;
  • Məsuliyyətlilik;
  • Komanda ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq;
  • Kommunikasiya bacarığı;
  • Operativlik;
  • Təşkilatçılıq.


İş şəraiti:


  • İş qrafiki: 09:00 – 18:00
  • Müddət: 3 ay
  • Təcrübə proqramı ödənişlidir
  • Real iş mühitində praktiki təcrübə qazanmaq imkanı

Vakansiya haqqında

Son tarix

May 10, 2026

Paylaşılıb

may 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr