İşin təsviri:
Milli Süni İntellekt Mərkəzi (NAIC) AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların, texnoloji həllərin və onların tətbiqinin inkişafını təşviq edir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. Hazırda NAIC-in məhsul, layihə və kommunikasiya istiqamətləri üzrə kreativ vizual həllərin hazırlanması, motion graphics və video kontentin yaradılması, eləcə də müasir dizayn və AI alətlərindən istifadə etməklə vizual kommunikasiyanın gücləndirilməsi məqsədilə Motion Dizayner axtarışındayıq.
Peşəkar bilik və bacarıqlar:
Təhsil: Qrafik dizayn, multimedia dizayn, vizual kommunikasiya, animasiya və motion dizayn, rəqəmsal media və ya əlaqəli sahələr üzrə bakalavr təhsili.
İş stajı üzrə minimum müddət tələbi:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
Sertifikasiya və əlavə təlimlər: Motion design, video editing, qrafik dizayn və ya əlaqəli sahələr üzrə beynəlxalq sertifikatların və peşəkar təlimlərin olması üstünlük hesab olunur.
Son tarix
September 27, 2026
Paylaşılıb
avqust 28, 2026
Vakansiya növü
Tam ştat