NUR COLLECTİON MMC
Ana səhifə
/
/
/
Biznesin İnkişafı şöbəsinin rəhbəri

Biznesin İnkişafı şöbəsinin rəhbəri

  • NUR COLLECTİON MMC
  • Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
  • Tam ştat

Bu gün

22

Təsvir

·        Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi aparılması

·        Biznes proseslərin idarəedilməsi ilə əlaqəli optimallaşdırma  və layihələrin aparılmasını, prosesin iş axınlarının düzgün tərtib edilməsini təmin etmək.

·        Şirkətin geyim və digər retail istiqamətləri üzrə uzunmüddətli inkişaf strategiyasının hazırlanması

·        Yeni mağazaların açılması üçün lokasiya seçimi, bazar araşdırması və kommersiya potensialının qiymətləndirilməsini həyata keçirmək

·        Yerli və beynəlxalq brendlərlə, təchizatçılarla və strateji tərəfdaşlarla danışıqlar aparmaq və əməkdaşlıqlar qurmaq

·        Mövcud mağazaların fəaliyyətini təhlil edərək satışların artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi üçün inkişaf planları hazırlamaq

·        Şirkətin müxtəlif sektorlar üzrə (geyim, qida, aksesuar və digər retail kateqoriyalar) portfelini inkişaf etdirmək və diversifikasiya strategiyalarını tətbiq etmək

·        Satış, marketinq, merchandising və əməliyyat komandaları ilə koordinasiyalı şəkildə işləyərək ümumi kommersiya nəticələrinin yaxşılaşdırılmasını təmin etmək

·        Biznes inkişafı komandası qurmaq, idarə etmək və əməkdaşların peşəkar inkişafını təmin etmək

·        Satışın, gəlirin və ümumi nəticələrin artmasına fokuslanmaq

·        KPI-lara çatmaq üçün konkret addımlar planlayıb icra etmək

·        Büdcəni planlamaq və düzgün idarə etmək

·        Yeni layihələrin nə qədər effektiv olduğunu (xeyir gətirəcəyini) qiymətləndirmək

·        Online satışları inkişaf etdirmək və mağazalarla əlaqəli işləməsini təmin etmək

·        Strategiyaların real həyata keçməsinə nəzarət etmək

·        Qərarların tez və effektiv icra olunmasını təmin etmək

·        Yeni partnyorlar tapmaq və əlaqələri inkişaf etdirmək

·        Franchise və digər genişlənmə imkanlarını araşdırmaq

·        Yeni ideyalar irəli sürmək və onları praktikada yoxlamaq

·        Şirkətin uzunmüddətli inkişafına töhfə verən qərarlarda aktiv iştirak etmək

·        Yeni retail formatlarının (multi-brand, mono-brand, franchise, concept store və s.) tətbiq imkanlarını araşdırmaq və həyata keçirmək

·        Bazar trendlərini, müştəri davranışlarını və rəqibləri mütəmadi olaraq təhlil edərək strateji qərarların qəbulunu təmin etmək

Tələblər

·        Biznes idarəetməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil

·        MBA və ya əlavə biznes/menecment sertifikatları üstünlükdür

·        Biznes inkişafı, kommersiya və ya satış sahəsində minimum 7-10 il, rəhbər vəzifədə 3 il iş təcrübəsi

·        Retail sektorunda, xüsusilə geyim (fashion retail) sahəsində təcrübə mütləqdir

·        Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (rus dili əlavə üstünlükdür)

·        MS Office proqramları (xüsusilə Excel və PowerPoint) – yüksək səviyyədə

·        Strateji planlaşdırma və biznes inkişafı proseslərini dərindən bilmə

·        Retail bazarı, müştəri davranışı və satış dinamikası üzrə güclü anlayış

·        Bazar araşdırması və rəqib analizlərinin aparılması bacarığı

·        Nəticəyönümlülük və məsuliyyətlilik

·        Dəyişiklikləri idarə etmə və adaptasiya qabiliyyəti

Vakansiya haqqında

Son tarix

May 3, 2026

Paylaşılıb

апрель 3, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

Oxşar vakansiyalar