open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
OBA Market MMC
/
Baş Texniki Dəstək Mütəxəssisi
Baş Texniki Dəstək Mütəxəssisi
OBA Market MMC
15 8 Noyabr Prospekti, Bakı 1025, Azərbaycan
Tam ştat
21-04-2026
1.4K
Bağlanıb
Təsvir
Texniki dəstək komandasının işinin təşkilini, koordinasiyasını və nəzarətdə saxlanılmasını təmin etmək
Komandada olan mütəxəssislərə texniki istiqamətdə dəstək göstərmək və bilik paylaşımını təşkil etmək
Kompüter və İT avadanlıqlarının quraşdırılmasını, diaqnostikasını və təmir proseslərinə nəzarət etmək
Şəbəkə avadanlıqlarının (switch, router, modem və s.) stabil və fasiləsiz işləməsini təmin etmək
DVR, kamera və təhlükəsizlik sistemlərinin quraşdırılmasını və texniki dəstək proseslərini idarə etmək
Mağazalarda istifadə olunan POS, printer, skaner və digər avadanlıqların fasiləsiz işləməsinə nəzarət etmək
Uzaqdan və yerində texniki dəstək proseslərini effektiv şəkildə idarə etmək
İT infrastrukturunun qurulmasını və inkişaf etdirilməsini təmin etmək (şəbəkə, kabelləşmə və s.)
Strukturlaşdırılmış kabelləmə layihələrinin planlanmasını və icrasına nəzarət etmək
Texniki problemləri analiz etmək və kök səbəb (root cause) yanaşması ilə aradan qaldırmaq
SLA göstəricilərini izləmək və xidmət keyfiyyətini artırmaq
Yeni texnologiyaları araşdırmaq və tətbiqi ilə bağlı təkliflər vermək
Vendor və təchizatçılarla texniki koordinasiyanı aparmaq
Tələblər
İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
Texniki dəstək və İT infrastrukturunun idarə olunması sahəsində minimum 3–5 il iş təcrübəsi
Kiçik texniki komandanın idarə olunması və koordinasiyası üzrə təcrübə
Windows sistemləri, kompüter avadanlıqları və istifadəçi dəstəyi üzrə güclü texniki biliklər
Şəbəkə avadanlıqları (switch, router, modem və s.) və LAN/WAN infrastrukturu üzrə təcrübə
DVR, CCTV, POS, printer və digər mağaza avadanlıqları ilə işləmə bacarığı
Strukturlaşdırılmış kabelləmə və İT infrastruktur layihələri üzrə praktiki təcrübə
Texniki problemlərin operativ analizi və həlli bacarığı
SLA əsaslı xidmət idarəetməsi və hesabatlılıq üzrə anlayış
Güclü liderlik, kommunikasiya və komanda ilə işləmə bacarığı
MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
CCNA, MCSA, ITIL və digər beynəlxalq sertifikatlar üstünlük hesab olunur
Ezamiyyət və sahə işi rejimində çalışma imkan
Vakansiya haqqında
Paylaşılıb
aprel 21, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Elm, Texnologiya və Mühəndislik