OBA Market MMC
Ana səhifə
/
/
/
Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis

Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis

  • OBA Market MMC
  • Azərbaycan, 15 8 Noyabr Prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

17

Təsvir

  • Bütün əməkdaşların əsas əmək haqqının, əlavələrin, mükafatların, iş vaxtından artıq işə görə ödənişlərin, ezamiyyət və digər kompensasiya növlərinin SAP sistemində dəqiq və vaxtında hesablanmasını təmin etmək
  • Aylıq əmək haqqı hesablama dövrünün (payroll cycle) əvvəldən sona qədər idarə olunması: məlumatların yığılması, yoxlanılması, hesablanması, təsdiqlənməsi və ödənişin icrası
  • İşdən çıxma, məzuniyyət, xəstəlik vərəqləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda hesablamaların düzgün aparılması
  • Yeni işə qəbul olunan və işdən azad olunan əməkdaşlar üzrə yekun hesablaşmaların (final settlement) həyata keçirilməsi
  • Gəlir vergisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayırmaları, işsizlikdən sığorta və tibbi sığorta ayırmalarının qanunvericiliyə tam uyğun hesablanması
  • Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və SAP sistemində müvafiq tənzimləmələrin aparılması
  • Rəhbərlik üçün aylıq/rüblük/illik əmək haqqı fondu üzrə analitik hesabatların hazırlanması
  • Büdcə planlaşdırılması üçün əmək haqqı fondu üzrə proqnoz və hesablamaların aparılmasında iştirak
  • Mühasibatlıq şöbəsi ilə əmək haqqı üzrə balans hesablarının tutuşdurulması (reconciliation)


SAP sistemi ilə iş:

  • SAP HCM/Payroll modulunda əməkdaş məlumatlarının, tarif dərəcələrinin, hesablama qaydalarının aktual saxlanılması
  • Sistemdə yaranan xətaların (payroll errors) aşkarlanması, səbəblərinin araşdırılması və aradan qaldırılması
  • SAP-da yeni hesablama sxemlərinin, əlavə ödəniş növlərinin test edilməsi və tətbiqi prosesində iştirak
  • Sistem yeniləmələri (upgrade) zamanı test proseslərində iştirak etmək

Tələblər

  • Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
  • Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş təcrübəsi
  • SAP sistemində (HCM/Payroll modulu) praktiki iş təcrübəsi mütləqdir
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyi üzrə dərin bilik
  • MS Excel-də yüksək səviyyəli bacarıq (əlavə: Power Query/Pivot table bilikləri üstünlükdür)
  • Analitik düşüncə, diqqətlilik və məxfiliyə riayət etmə bacarığı
  • Komanda ilə işləmə və vaxt idarəetməsi bacarıqları
  • Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində bilik üstünlükdür

Vakansiya haqqında

Son tarix

September 3, 2026

Paylaşılıb

avqust 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə