OBA Market MMC
Ana səhifə
/
/
/
Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis

Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis

  • OBA Market MMC
  • 15 8 Noyabr Prospekti, Bakı 1025, Azərbaycan
  • Tam ştat

Bu gün

139

Təsvir

Mağazalar, anbarlar və mərkəzi ofis üzrə əməliyyat proseslərini daxili nəzarət baxımından yoxlamaq

Kassa əməliyyatları, mədaxil-məxaric, inventar, transferlər və silinmələr üzrə nəzarət icra etmək

Podratçılar tərəfindən icra olunan təmir və xidmət işlərinin sənədləşmə və icra uyğunluğunu yoxlamaq

Əməliyyatların təsdiq, səlahiyyət və icra ayrılığı prinsiplərinə uyğunluğuna nəzarət etmək

Əməliyyat risklərinin müəyyən edilməsi və risk xəritəsinin hazırlanmasında iştirak etmək

Daxili nəzarət prosedurlarının hazırlanması və yenilənməsində iştirak etmək

Aparılmış yoxlamalar üzrə analitik hesabatları hazırlamaq

Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilini aparmaq

Düzəldici tədbirlərin icra vəziyyətinə nəzarət etmək

Tələblər

Təhsil: Ali (Maliyyə, Biznesin idarə edilməsi və ya oxşar sahələr)

İş təcrübəsi: Daxili nəzarət, daxili audit, əməliyyat auditi və ya risk sahəsində minimum 2 il təcrübə

Texniki Bacarıqlar: MS Excel (pivot, analitik cədvəllər,funksiyalar) və ERP sistemləri ilə işləmə bacarığı

Risk əsaslı yanaşma ilə işləmək bacarığı

Analitik düşüncə və detallara diqqət

Müstəqil qərarvermə və məsuliyyətlilik

Etik davranış və məxfilik prinsiplərinə sadiqlik

Vakansiya haqqında

Son tarix

March 13, 2026

Paylaşılıb

fevral 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Servislə təmin olunur
  • korporativ nömrə ilə təmin olunur
  • Təlim imkanları
  • Karyera inkişafı
  • İş qrafiki: 5 günlük, 09:00-18:00