İnsan resursları üzrə məlumatların (işçi dövriyyəsi, iştirak, performans, əməkhaqqı, sosiodemoqrafik struktur və s.) toplanması, təhlil edilməsi və vizuallaşdırılmasını təşkil etmək;
HR KPI göstəricilərini (işə qəbul müddəti, təlim saatı, dövriyyə faizi, məhsuldarlıq və s.) izləmək, nəticələr üzrə mütəmadi hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
İR proseslərinin təkmilləşdirilməsi üçün data əsaslı təşəbbüslər və təkliflər hazırlamaq;
İnsan Resursları üzrə aparılan layihələrə (motivasiya sistemləri, rəqəmsallaşma, struktur dəyişiklikləri və s.) rəhbərlik etmək, onların icrasını, monitorinqini və nəticələrinin qiymətləndirilməsini təmin etmək;
Layihələr üzrə riskləri qabaqcadan təhlil etmək və alternativ həll yolları təqdim etmək;
Struktur və proses dəyişikliklərini strateji əsaslandırmaq, rəhbərliyə analitik təqdimatlar hazırlamaq və qərar qəbuletmə prosesini dəstəkləmək;
Bölmənin fəaliyyətini təşkil etmək, komanda üzvlərinin işini koordinasiya etmək və peşəkar inkişafını təmin etmək.
Tələblər
Təhsil: Ali (İqtisadiyyat, İnsan Resursları, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə)
Təcrübə: İnsan Resursları və analitika sahəsində 3 il iş təcrübəsi
Texniki bacarıqlar: MS Office proqramları , xüsusilə Excel yaxşı səviyyədə
HR metrikləri və KPI-larla işləmək, geniş təhlil və şərh etmək bacarığı
Power BI və digər analitika/BI alətləri ilə işləmək təcrübəsi (üstünlükdür)
Yüksək analitik düşüncə və problem həll etmək bacarığı
Liderlik, komanda idarəetmə və motivasiyaetmə bacarığı