OBA Market MMC
Ana səhifə
/
/
/
İşə Qəbul Şöbə Müdiri

İşə Qəbul Şöbə Müdiri

  • OBA Market MMC
  • 15 8 Noyabr Prospekti, Bakı 1025, Azərbaycan
  • Tam ştat

Bu gün

224

Təsvir

  1. Vakansiyaların zamanında bağlanmasına və uyğun namizədlərin şəffaf şəkildə dəyərləndirilməsinə nəzarət etmək;
  2. İşə qəbul üçün müraciət edən namizədlərin anketlərinin prosedurlara əsasən analiz edilməsinə nəzarət etmək; Şirkətin işə qəbul siyasətinə riayət edilməsinə nəzarət etmək; işə qəbul siyasətinin və strateqiyasının təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək.
  3. Şirkət əməkdaşlarının şikayətlərini araşdırmaq və müvafiq tədbirlər görülməsi üçün aidiyyati struktura yönləndirmək;
  4. Vəzifələrin spesifikliyini nəzərə alaraq vəzifələr üçün meyarların, işə qəbul funksiyasını yaratmaq və bu prosesə nəzarət etmək;
  5. Yeni işə qəbul edilmiş şəxslər üçün orientasiya prosesinin icrasına nəzarət etmək və təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
  6. Prosedurlara əsasən imtahana cəlb ediləcək ixtisaslar üzrə test sualları tərtib etmək və müvafiq zaman aralığında yenilənməsinə nəzarət etmək;
  7. Tabeçiliyindəki əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətlərini əlaqələndirmək, işə qəbul proseduruna riayət etmələrinə və iş fəaliyyətlərinə nəzarət etmək, şirkətin fəaliyyətinə və siyasətinə təsir edəcək yeniliklər haqqında hesabat verdiyi instansiyaya məlumat vermək, mövcud vəziyyət haqqında analizlər aparmaq;
  8. Şöbənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
  9. Tabeçiliyindəki əməkdaşların performanslarını dəyərləndirmək,karyera yüksəlişləri üçün fəaliyyətlər icra etmək,onların fərdi inkişaf planlarını hazırlamaq,həmçinin bilik və təcrübələrini inkişaf etdirmək üçün tədbirlər həyata keçirmək;
  10. Şirkətdə mövcud vakansiyalar üzrə müvafiq namizədlərin ehtiyat bazasını yaratmaq və yeniləmək;



Tələblər

Ali təhsil (idarəetmə, iqtisadiyyat, İR və ya uyğun sahə üzrə üstünlükdür)

Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Retail sahəsində təcrübə üstünlükdür

Texniki biliklər: MS Office, ATS sistemləri ilə yüksək səviyyədə çalışmaq bacarığı

Dil biliklər: Rus və ya ingilis dili arzuolunandır

İR sahəsində beynəlxalq sertifikatlar üstünlükdür

Liderlik və motivasiyaetmə bacarığı

Yüksək ünsiyyət və təqdimat qabiliyyəti


İş qrafiki: 5 gün, 09:00-18:00

Vakansiya haqqında

Son tarix

March 12, 2026

Paylaşılıb

February 10, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Supervayzer

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Yanacaq xərci
  • Nahar təminatı
  • Parking
  • Könüllü tibbi sığorta
  • Mobil danışıq limiti və digər imtiyazlar