OBA Market MMC
Ana səhifə
/
/
/
İstehsalat şöbə müdiri

İstehsalat şöbə müdiri

Bu gün

349

Təsvir

  • İstehsalat proseslərinin effektiv idarə edilməsini, fasiləsizliyini və müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək;
  • Məhsul kateqoriyalarının inkişaf strategiyasını hazırlamaq və məhsul portfelinin optimallaşdırılmasını həyata keçirmək;
  • Yeni məhsulların hazırlanması, resepturaların və texniki spesifikasiyaların formalaşdırılması prosesinə rəhbərlik etmək;
  • Məhsulların keyfiyyət, dad, görünüş və təqdimat standartlarına uyğunluğuna nəzarət etmək;
  • Qida təhlükəsizliyi, sanitariya-gigiyena və AQTA tələblərinin tətbiqini təmin etmək;
  • İstehsalat xərclərini, xammal sərfiyyatını və məhsul itkilərini təhlil edərək optimallaşdırma tədbirləri həyata keçirmək;
  • Təchizat, satınalma və satış komandaları ilə koordinasiyalı əməkdaşlığı təmin etmək;
  • Satış göstəricilərini və istehlakçı tələbatını təhlil edərək məhsul çeşidi və istehsal həcmləri üzrə təkliflər hazırlamaq;
  • İstehsalat heyətinin fəaliyyətini idarə etmək, iş bölgüsünü və performans qiymətləndirilməsini təşkil etmək;
  • Şöbənin fəaliyyət nəticələrini və əsas performans göstəricilərini (KPI) təhlil edərək rəhbərliyə hesabat təqdim etmək.


Tələblər

  • Qida mühəndisliyi, Qida texnologiyaları, Kimya mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • İstehsalat və ya qida sənayesi sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
  • İstehsalat proseslərinin təşkili və idarə edilməsi üzrə praktiki biliklər;
  • Qida təhlükəsizliyi, HACCP, GMP və keyfiyyət standartları üzrə biliklər;
  • Məhsul resepturalarının hazırlanması, maya dəyərinin hesablanması və xammal sərfiyyatının idarə edilməsi üzrə təcrübə;
  • İstehsalat göstəricilərinin təhlili və proseslərin optimallaşdırılması bacarığı;
  • Liderlik, analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları.


Vakansiya haqqında

Son tarix

December 19, 2026

Paylaşılıb

noyabr 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

İaşə, Turizm və Otel