OBA Market MMC
Ana səhifə
/
/
/
Konserva Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Konserva Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

  • OBA Market MMC
  • Bakı şəh, Xətai ray, Afiyəddin Cəlilov 96, Azure plaza
  • Tam ştat

Bu gün

19

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

· İstehsalat təcrübəsi ilə nəzarət: Konserva kateqoriyasındakı (ət konservləri, balıq konservləri, tərəvəz konservləri, meyvə konservləri, paxlalı konservlər, tomat məhsulları, turşular və digər konservləşdirilmiş məhsullar) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.

· Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (pH, turşuluq, duz, Brix, konsistensiya, sterilizasiya və s.) texnoloji cəhətdən yoxlamaq.

· Xammal auditi: Ət, balıq, tərəvəz, meyvə, paxlalılar, tomat, yağ, duz, şəkər, ədviyyatlar və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

· Strateji satınalma: Konserva məhsulları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.

· Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.

· Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, sterilizasiya/pasterizasiya, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.


İş qrafiki:

5 gün, 09:00-18:00

Tələblər


· Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Konservləşdirmə texnologiyası, Ət və ət məhsullarının texnologiyası, Balıq və balıq məhsullarının texnologiyası və ya müvafiq texniki sahə.

Təcrübə: Retail/FMCG/qida sektorunda satınalma/kateqoriya idarəetməsi(Konserva, qida istehsalı üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,

· Sektor və bazar biliyi: Konserva məhsulları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək.

· Xammal üzrə bilik: Ət, balıq, tərəvəz, meyvə, paxlalılar, tomat, bitki yağları, duz, şəkər, ədviyyatlar, konservantlar və digər köməkçi xammalların xüsusiyyətlərini bilmək.

· Texnoloji proses: Xammalın qəbulu və hazırlanması, yuyulma, çeşidlənmə, doğranma, blanşirləmə, bişirmə, resepturanın hazırlanması, doldurma, vakuumlama, hermetik bağlama, pasterizasiya/sterilizasiya, soyutma və qablaşdırma proseslərini bilmək.

· Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji risklər, xüsusilə konservləşdirilmiş məhsullarda təhlükəli mikroorqanizmlər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, hermetiklik, sterilizasiya rejimləri və fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə bilik.

· Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı.

· Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və ya Rus dili – mütləq.

. Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya haqqında

Son tarix

October 31, 2026

Paylaşılıb

oktyabr 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi