OBA Market MMC
Ana səhifə
/
/
/
Maliyyə Nəzarəti üzrə Böyük mütəxəssis

Maliyyə Nəzarəti üzrə Böyük mütəxəssis

  • OBA Market MMC
  • 15 8 Noyabr Prospekti, Bakı 1025, Azərbaycan
  • Tam ştat

27-05-2025

532

Təsvir

-       Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək

-       Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək

-       Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək

-       Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək

-       Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq

-       SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək

-       Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək

-       Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq

-       Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək

-       Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək

Tələblər

Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)

Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 4-5 il iş təcrübəsi

ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)

 Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.

 Microsoft Excel-də yüksək səviyyəli işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.);

ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı

Güclü analitik düşüncə və dəqiqlik

Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya

Vakansiya haqqında

Son tarix

June 26, 2025

Paylaşılıb

may 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • korporativ nömrə ilə təmin olunur
  • Nahar təminatı
  • Servis ximdəti