21-08-2025
928
- Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
- Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
- Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
- Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
- Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
- SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
- Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək
- Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
- Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
- Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək
Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 4-5 il iş təcrübəsi
ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
Microsoft Excel-də yüksək səviyyəli işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.);
ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
Güclü analitik düşüncə və dəqiqlik
Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Paylaşılıb
August 21, 2025
Vakansiya növü
Tam ştat