Dünən
241
◾ Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
◾ Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
◾ Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
◾ Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
◾ Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
◾ SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
◾ Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
◾ Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
◾ Təhsil: Ali (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
◾ Maliyyə nəzarəti və ya audit sahəsində 2 il iş təcrübəsi
◾ ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
◾ Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
◾ Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.)
◾ ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
◾ Güclü analitik düşüncə və dəqiqlik
◾ Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Son tarix
November 14, 2025
Paylaşılıb
oktyabr 15, 2025
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr