Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkəti təmsil etmək, yoxlamalar zamanı hüquqi dəstək göstərmək və proseslərin hüquqi müşayiətini həyata keçirmək;
Şirkətin məhkəmə, təhqiqat və istintaq orqanlarında hüquqi maraqlarını təmsil etmək və müdafiə etmək;
Şirkətin adından iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və digər prosessual sənədləri hazırlamaq və müvafiq orqanlara təqdim etmək;
Şirkətin mənafeyinə zidd olan qanunsuz və əsassız qərarlardan qanunvericiliyə uyğun qaydada şikayət vermək;
Şirkətin daxili normativ sənədlərinin və digər hüquqi sənədlərinin ekspertizasını aparmaq, zəruri əlavə və dəyişikliklərlə bağlı təkliflər vermək;
Etibarnamələrin, təsis sənədlərinin, məhkəmə və hüquq-mühafizə orqanlarına aid sənədlərin və digər hüquqi sənədlərin uçotunu, saxlanılmasını və arxivləşdirilməsini təşkil etmək;
Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsinə və hüquqi risklərin minimuma endirilməsinə dəstək göstərmək;
Şirkətin struktur bölmələri ilə birgə dövlət orqanları, hüquqi və fiziki şəxslərlə aparılan danışıqlarda iştirak etmək;
Şirkətdə yaradılan komissiyaların fəaliyyətində iştirak etmək və hüquqi məsələlər üzrə rəy vermək;
Rəhbərliyin tapşırıqları əsasında hüquqi təminatla bağlı digər zəruri işləri həyata keçirmək.
Tələblər
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almaq;
Hüquq sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual və cinayət prosessual qanunvericiliyini bilmək;
Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübəyə malik olmaq;
Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizası bacarığına malik olmaq;
Hüquqi riskləri müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları təklif etmək bacarığına malik olmaq;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq;
MS Office proqramlarından istifadə bacarığına malik olmaq;
Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqlarına malik olmaq;
Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığına malik olmaq.