
Dünən
53
İstehsalat və Texnologiya tərəfi:
· İstehsalat təcrübəsi ilə nəzarət: Şirniyyat ədədli kateqoriyasındakı (konfetlər, karamel, draje, marmelad, sufle, jele, pryanik, peçenye, vafli, keks, rulet və digər ədədli şirniyyat məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
· Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (rütubət, Brix, pH, yağlılıq, tekstura, konsistensiya, dad, qoxu və s.) texnoloji cəhətdən yoxlamaq.
· Xammal auditi: Şəkər, un, kakao, şokolad və kakao məhsulları, bitki yağları, süd məhsulları, yumurta məhsulları, qlükoza/invert şərbəti, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
· Strateji satınalma: Şirniyyat ədədli kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
· Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
· Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki:
5 gün, 09:00-18:00
Namizədə olan tələblər:
· Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Şirniyyat və qənnadı məmulatlarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə.
Təcrübə: Retail/FMCG/qida sektorunda satınalma/kateqoriya idarəetməsi üzrə(Şirniyyat, qənnadı məmulatları, unlu məmulatlar və ya FMCG sektorunda texnoloq/istehsalat/keyfiyyət istiqamətində ) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
· Sektor və bazar biliyi: Şirniyyat və qənnadı məhsulları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək.
· Xammal üzrə bilik: Şəkər, un, kakao və kakao məhsulları, şokolad, bitki yağları, süd məhsulları, yumurta məhsulları, şərbətlər, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər şirniyyat xammallarının xüsusiyyətlərini bilmək.
· Texnoloji proses: Xammalın hazırlanması və dozalanması, qarışdırma, yoğurma, bişirmə, formalaşdırma, bişirilmə, soyutma, krem və içlik hazırlanması, şokoladlama/qlazurlama, dekorasiya və qablaşdırma proseslərini bilmək.
· Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, allergenlərin idarə edilməsi, saxlanma şəraiti və müddəti, həmçinin fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə bilik.
· Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı.
· Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və ya Rus dili – mütləq.
. Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
Son tarix
October 31, 2026
Paylaşılıb
oktyabr 1, 2026
Vakansiya növü
Tam ştat

Innovasiya Soft MMC ● Bakı, Azərbaycan
10-09-2026
1.7K

StartPM Advisory ● Bakı, Azərbaycan
28-09-2026
456

BioHerbal Baku MMC ● Bakı, Azərbaycan
08-09-2026
1.7K

OBA Market MMC ● Bakı, Azərbaycan
Dünən
71

OBA Market MMC ● Bakı, Azərbaycan
Dünən
62