Təşkilati inkişaf və dizayn üzrə siyasət və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;
Təşkilati strukturların, vəzifələrin yaradılması və ya redizaynı zamanı strukturun təşkilati prinsip və qaydalara uyğunluğunu təmin etmək;
Yeni struktur və ya vəzifələrin yaradılması zamanı müvafiq rəhbərlərlə görüşlər keçirmək, struktur diaqramlarını hazırlamaq və yeniləmələri sistemə daxil etmək;
Təşkilati rolların (funksiya və vəzifələrin) təkrarlanmamasını və aydın şəkildə bölüşdürülməsini təmin etmək;
Təşkilati dəyişikliklər zamanı funksiyaların, sub-funksiyaların və rolların qurumlar arasında keçidini izləmək və keçidin tam və ardıcıl aparılmasına nəzarət etmək;
Əməkdaşların inkişafını dəstəkləmək və performanslarının obyektiv qiymətləndirilməsinə töhfə verən layihələrdə iştirak etmək;
Təşkilati strukturlar üzrə hesabatlar və təqdimatlar hazırlamaq;
Ştatların optimallaşdırılması çərçivəsində yeni ştatların yaradılması və ya mövcud ştatların ləğvi ilə bağlı təhlillər aparmaq və əsaslandırmalar hazırlamaq.
İş qrafiki:
5 gün
09:00-18:00
Tələblər
Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
Təşkilati inkişaf və struktur dizaynı sahəsində minimum 2 il iş təcrübəsi;
MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yaxşı səviyyədə işləmək bacarığı
Analitik düşünmə, strukturlaşdırma və sənədləşdirmə bacarığı;
Komanda ilə işləmək və müxtəlif struktur rəhbərləri ilə effektiv ünsiyyət qurmaq bacarığı.