Şirkətə məxsus printer, POS kassa, UPS, notebook, PC və digər IT/kassa avadanlıqlarının texniki diaqnostikasını və təmirini həyata keçirmək;
Təmirə daxil olan avadanlıqlarda yaranmış nasazlıqları aşkarlamaq, sıradan çıxmış hissələri müəyyən edərək onların yenilənməsini və ya bərpasını təmin etmək;
Elektron sxemlər, platalar və komponentlər üzərində texniki işləmələr aparmaq, zəruri hallarda lehmləmə və mikrolehimləmə işlərini yerinə yetirmək;
Windows əməliyyat sisteminin yazılması və yenidən qurulması, sürücülərin və zəruri proqram təminatlarının (Office, antivirus, POS proqramları və s.) quraşdırılmasını təmin etmək;
Texniki servis prosesləri üzrə hesabatlar hazırlamaq, təmir nəticələrini sənədləşdirmək və texniki təhlillər aparmaq;
Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək texniki dəstək göstərmək və komanda işi çərçivəsində fəaliyyət göstərmək.
Tələblər
Ali Təhsil (Elektronika, informasiya texnologiyaları,Kompüter Elmləri)
IT avadanlıqlarının (printer, POS kassa, UPS, notebook, PC və s.) diaqnostika və təmiri sahəsində minimum 1–2 il iş təcrübəsi;
Elektron sxemlər, platalar və komponentlər üzrə praktiki biliklər;
Lehmləmə və mikrolehimləmə işləri üzrə praktiki bacarıqlar;
Test və ölçü cihazları (multimetr, test cihazları və s.) ilə işləmək bacarığı;
Windows əməliyyat sisteminin qurulması, sürücülərin və proqram təminatlarının (Office, antivirus, POS proqramları və s.) yüklənməsi üzrə biliklər;
Texniki nasazlıqları operativ və düzgün analiz etmək, problem həll etmə bacarığı;